Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


Sizi 12 noyabr 2010-cu il tarixində keçiriləcək “OFTALMOLOGIİYANIN MÜASİR ASPEKTLƏRİ” adlı gənc alimlərin elmi konfransında iştirak etməyə dəvət edirik.

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 
AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA MİLLİ OFTALMOLOGİYA MƏRKƏZİ


 
HÖRMƏTLİ HƏMKARLAR! 
Sizi 12 noyabr 2010-cu il tarixində keçiriləcək  
“OFTALMOLOGIİYANIN MÜASİR ASPEKTLƏRİ” adlı


gənc alimlərin elmi konfransında


iştirak etməyə dəvət edirik. 
Konfransın rəsmi dilləri: azərbaycan, türk, rus, ingilis. 


Oftalmologiyanın aktual problemləri



  1. Oftalmologiyada diaqnostikanın yeni üsulları

  2. Oftalmologiyanın fundamental problemləri

  3. Uşaq yaşlarının patologiyası

  4. Kataraktanın cərrahiyyəsi

  5. Refraktiv cərrahiyyə

  6. Qlaukomanın müalicəsində müasir aspektlər

  7. Gözün arxa hissəsinin patologiyasında müalicənin müasir aspektləri

  8. Vitreoretinal cərrahiyyə

  9. Göz zədələnmələri və rekonstruktiv-bərpa cərrahiyyəsi

  10. Oftalmologiyada terapevtik yanaşmalar

Konfransda iştirak etmək üçün 35 yaşa qədər gənc mütəxəssislər və alimlər dəvət olunur. Konfransın materialları toplu şəklində nəşr ediləcək.


Məqalənin tərtibatı  qaydaları:



  • məqalənin mətni .doc genişləndirilməsi ilə MS WORD formatında, ölçüsü A4 olan 6 səhifəyə qədər həcmdə, 1.5 sətirarası interval ilə yığılmalıdır; səhifənin parametrləri: sağdan, soldan, yuxarıdan, aşağıdan – 2 sm;

  • şrifti – Times New Roman, ölçüsü 13 olmalıdır;

  • məqalənin adı böyük hərflərlə yazılır;

  • müəllifin (müəlliflərin) soyadı və inisialları göstərilir (4müəllifdən artıq olmamaq şərti ilə). Təqdim edilmiş işlərin ilk müəllifi gənc alim olmalıdır. Həmmüəliflərin yaş həddinə məhdudiyyət qoyulmur;

  • işin aparıldığı müəssisə (lər), ölkə, şəhər göstərilir;

  • məqalənin mətni başlıqlarla ayrılan aşağıdakı bölmələrdən ibarət olmalıdır: aktuallıq, məqsəd, material və metodlar, nəticələr, yekun, ədəbiyyat siyahısı. İşin sonunda ingilis dilində xülasə verilir (məqalənin adı və müəllifi, ölkə və şəhər göstərilir).

Məqalələr 2 nüsxədə, elektron variant ilə (CD-R daşıyıcılarda) birgə qəbul edilir. Məqalənin birinci nüsxəsinə qol çəkilmir və viza qoyulmur. Ikinci nüsxəyə bütün müəlliflər qol çəkməlidir. Qoşma məktub mütləqdir. Məktubda aşağıdakılar qeyd edilməlidir:



  • məqalənin adı, bütün müəlliflərin soyadı və inisialları;

  • iştraketmə forması: məruzəçi, stend məruzəçisi, dinləyici (soyadı, adı və atasının adı tam göstərilməlidir);

  • əlaqəli şəxsin tam soyadı, adı və atasının adı;

  • əlaqə telefonu, faks, e-mail.

Materialların seçilməsi və redaktəsi hüququnu redaksiya heyəti öz səlahiyyətində saxlayır. Qəbul edilməmiş məqalələr qaytarılmır, iddialar qəbul edilmir.


Konfransın proqramı  yalnız nəşr üçün təqdim olunmuş  işlərdən ibarət olacaq. Xahiş  olunur, çıxış etmək istəyinizi qeyd edəsiniz. 


Məqalələr 15 sentyabr 2010-cu il tarixinə qədər qəbul edilir.  


 
Məqalələr Bakı ş., AZ 1114. Cavadxan küç., məhəllə 32/15. AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA MİLLİ OFTALMOLOGİYA MƏRKƏZİ ünvanına və ya elektron poçt 
administrator@eye.az ünvanına göndərilməlidir. 
 
Faks ilə göndərilmiş məqalələr qəbul edilmir.
 


Konfransın keçiriləcək yeri:


AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA MİLLİ OFTALMOLOGİYA MƏRKƏZİ 
 
 


 
Xahiş edirik konfransda iştirak


etmək üçün tələbnaməni elektron poçt


ünvanına 01 sentyabr 2010-ci il


tarixinə qədər göndərəsiniz. 


 
Konfrans iştirakçılarının qeydiyyatı akademik Z.Ə.ƏLIYEVA adına MİLLİ OFTALMOLOGİYA MƏRKƏZİNİN saytında 01 sentyabr 2010-cu il tarixinə qədər aparılacaq.  


Konfransın  təşkilat komitəsi


Tel.: (+994 12) 569-09-73 
Faks:(+994 12) 492-80-08 
Email:
administrator@eye.az  
 

geri gayıt

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi