Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


«Akademik Zərifə Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun 2008-ci il ərzində tədbirləri və nəşrləri haqqında »

1.Akademik Zərifə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans 28-29 aprel tarixində Tibb Universitetində keçirilmişdir. Konfransda Türkiyə, Rusiya, Ukrayna və İşveçin tanınmış alimləri iştirak edirdilər. Iki gün ərzində 30-dan çox məruzə oxundu. Konfransın işinin nəticəsi kimi “Oftalmologiyanın aktual problemləri” adında məqalələr toplusu dərc edilmişdir.


2. Respublika rayonlarının əhalisinə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə, cərrahi yardım göstərmək üçün 2005-ci ildən institut tərəfindən oftalmoloji səyyar klinika şəklində təşkil edilmiş və müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş avtobus fəaliyyət göstərir. Həmin “təkərli klinika”da oftalmoloji xəstənin müayinəsi və cərrahi əməliyyatını aparmaq üçün hər bir şərait yaradılıb. Səyyar klinika muxtar həyat təminatlı (elektrik, istilik, kondisioner və s.) sistemlərlə təchiz olunub və hər bir şəraitdə işləyə bilər. Səyyar klinika 2008-ci il ərzində Naxçıvan MR, Lənkəran, Masallы, Əli-Bayramlы, Gəncə, Şamaxı, Quba rayonlarında olmuşdur. 2920 xəstə müayinə olunub, 81 xəstə üzərində isə cərrahi əməliyyat aparılmışdır.


3. 8 oktyabr 2008-ci il tarixində akademik Zərifə Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı Filialının açılışı olmuşdur.
Filialın ambulator – poliklinik şöbəsində konsultativ qəbul, böyüklərdə və uşaqlarda görmə üzvünün xəstəliklərinin diaqnostikası aparılır: katrakta , qlaukoma, torlu qişanın müxtəlif mənşəli qopmaları, gözdə dizbetik fəsadlar, görmə üzvünün zədələri, uveitlər, buynuz qişanın və göz dibinin iltihabı, damar və trofik mənşəli xəstəlikləri, refraksiyanın anomaliyaları, çəpgözlük, onkoloji xəstəliklər və s. Pleopto-ortoptik və lazer otaqlarında müalicələr aparılır.
- ultrəsəs (B-skan, A-skan, biometriya, paximetriya);
- elektrofizioloji (görmə potensiallarının, görmə analizatorunun həssaslığının və labilliyinin, Haydinger fenomeninin təyini);
- kompüter perimetriyası (görmə sahəsinin müayinəsi, makulanın skotomalarının və kor ləkənin aşkarlanması);
- təmassız tonometriya, elektronoqrafiya;
- vizokontrastometriya;
- gözün ön və arxa seqmentlərinin lazer konfokal skanlaşdırılması;
- optik koherent tomografiya.

Cərrahi blokda yerləşdirilmişdir:
“Terra” mikroskopu, “Legacy” fakoemulsifikatoru, “ALOD-01” diod lazeri, alətləri sterilizə etmək üçün “Statium” və quru sterilizasiya şkafı. Cərrahi blokun personalın yüksək peşəkarlığı müasir oftalmocərrahiyyənin uğurunun təminatçısıdır.

Mikrocərrahiyyə şöbəsində kataraktanın və qlaukomanın cərrahi müalicəsi aparılır. Qlaukoma zamanı - dərin sklerektomiya, sinustrabekuloektomiya, iridosikloretraksiya; katarakta zamanı – İOL-un implantasiyası ilə tikişsiz ultrasəs fakoemulsifikasiya və kicik tunel kəsiyi texnologiyası ilə (1.5-2.0) mexaniki fakofraqmentasiya əməliyyatları aparılır.

Uşaq şöbəsində uşaqlara stasionar yardım göstərilir. İcra olunan əməliyyatlar:
- anadangəlmə kataraktanın ekstraksiyası və İOL-un implantasiyası;
- yüksək dərəcəli miopiya və hipermetropiya zamanı aparılan refraksiyon müdaxilələr (İOL-un implantasiyası ilə lensektomiya, görmənin lazer korreksiyası);
- keratokonusda epikeratoplastika;
- gözün zədələrində bərpa əməliyyatları;
- anadangəlmə və ikincili qlaukomanın cərrahi müalicəsi;
- blefaroptozun, epikantusun aradan götürülməsi.

Görmə üzvünün xəstəliklərinin diaqnostikasında yeni biokimyəvi, immunoloji və ghistoloji müayinələrdən istifadə olunur:
- ümumi və biokimyəvi təhlillər, demodekoza görə və sitoloji yaxmalar;
- gözün patoloji hissələrinin morfoloji müayinəsi;
- oftalmoinyeksiyaların ekspres-diaqnostikası;
- xəstələrin immun vəziyyətinin öyrənilməsi;
- biokimyəvi göstəricilərin təyini.


4. Nəşrlər:
“Oftalmologiyanın aktual problemləri” məqalələr toplusu;
Metodik tövsiyyələr:
“Periferik xorioretinal distrofiyaların bəzi formalarında torlu qişanın qopmasının qarşısını almaq məqsədi ilə profilaktik lazer koaqulyasiyanın tətbiqi” Müəlliflər: Abdullayeva E.Ə., Hüseynova S.Q., Saidova L.X., Biləndərli L.Ş.
“Keratokonuslu xəstələrdə kontakt linzalardan istifadənin asanlaşdırılması” Müəlliflər: Qasımov E.M., Namazova H.K., Bənənyarlı P.İ.
















   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi