Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


«Kataraktanın tikişsiz cərrahiyyə əməliyyatı»

Süni büllurun implantasiyası ilə fakoemulsifikasiya üsulu hal-hazırda kataraktanın müalicəsi və görmənin bərpa olunması üçün daha əlverişli əməliyyat hesab olunur. Əvvəllər olduğu kimi əməliyyatı aparmaq üçün kataraktanın yetişməsini və görmənin tadricən aşağı düşməsini gözləmək lazım deyil. Kataraktın yetişməsi 10 il və daha çox davam edə bilər. Belə olan halda, adam gərək öz işini atsın, daha maşını rahat sürə bilmir, alaqaranlıqda çətinlik çəkir. Onun normal həyat tərzi pozulur. İndi katarakta xəstəliyin lap erkən mərhələsində çıxarıla bilər. Fakoemulsifikasiyanın gedişi: (kataraktanın müalicəsində ən müasir əməliyyat).
Cərrah almaz alətlə 3 mm ölçüdə kiçik kəsik aparır. Növbəti müdaxilələr bu dəlikdən aparılır. Bu kəsik tunnelə bənzəyir ki, bu da əməliyyatdan sonra özü-özünə kip bağlanır. Cərrah kiçik kəsikdən xüsusi zond yeridir, onun vasitəsilə, billur ultrasəslə emulsiyaya civrilir və gözdən çıxarılır, sonra kiçik kəsikdən elastik linzanı qatlanmış vəziyyətdə içəri salır. Bu linza billurun funksiyasını yerinə yetirir.
Linza gözün içərisində sərbəst açılır, o elastik «bığcıqlarla» möhkəm bərkidilir. Linza bütün ömru boyu qalır, onu dəyişmək lazım olmur. Süni büllur gözün toxumasına bioloji uyğun materialdan hazırlanır və bioloji qocalığa görə eksperimentdən keçir. Bizim institutumuzda ən qabaqcıl tibbi kompaniyanın - Alkonun linzalarından istifadə olunur.
Görmə əməliyyatdan sonra elə birinci gün bərpa olunur və bir-neçə saatdan artıq klinikada qalmaq gərək olmur. Çox hallarda kiçicik kəsik acılır ki, burada da tikiş ehtiyac qalmır. Buna görə də, sonralar fiziki və görmə gərginliyinə məhdudiyyət qoyulmur. Əməliyyatdan bir-neçə saat sonra xəstə kifayət qədər yaxşı görür, 2-ci gündən 1 həftəyə qədər görmə tam bərpa olunur. Bizim institutda kataraktanın müalicəsi əməliyyatı «bir günlük» rejimlə aparılır. Bu mürəkkəb mikrocərrahi müdaxilədir, lakin onun bütün mərhələləri müasir üsullar, avadanlıqlar və materiallarla təmin olunub. Kataraktanın çıxarılması əməliyyatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bütün cərrahı əməliyyatlar içərisində yeganə tam bərpaedici əməliyyat sayılır.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi