Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Nizami Əliniyaz oğlu Bağırov - Tibb elmləri doktoru
07 fevral 1959-cu ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuşdur.
1974- cü ildə həmin kəndin orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1976-1982-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirmişdir.
1982-1986-cı illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının uşaq poliklinikasının oftalmoloqu olmuşdur.
1986-1988-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunda «göz xəstəlikləri» ixtisası üzrə 2 illik ordinaturanı bitirmişdir.
1988-1990-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunda lazer şöbəsində baş laborant vəzifəsində işləmişdir.
1991-ci ildə «Göz xəstəlikləri» ixtisası üzrə Ukrayna TEA akademik V.P.Filatov adına Elmi-Tədqiqat Toxuma Terapiyası və Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, 1995-ci ildə «LOTAR aparatını tətbiq etməklə azenerjili rubin lazer şüası ilə açıqbucaqdı latent və başlanğıc qlaukomanın müalicəsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1992-1997-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunun lazer şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir.
1997-ci ildə müsabiqə komissiyasının qərarına əsasən böyük elmi işçi vəzifəsinə təyin edilmişdir.
1998-2006-cı illərdə Reabilitasiya və bərpa cərrahiyyəsi şöbəsinin şöbə müdiri olmuşdur.
2005- ci ildə «Azərbaycan Respublikasının Xəzəryani regionunda işıq enerjisinin gözün bülluruna spesifik təsiri və qocalıq kataraktasının patogenezinin xüsusiyyətləri» mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir.
2006-cı ildən Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunun lazer şöbəsinin böyük elmi işçisi və WETLAB- ın müdiri vəzifəsinə təyin edilmişdir və hal-hazırda həmin vəzifədə çalışır.
Bağırov N.Ə. institutun aşağıdakı elmi mövzuların işlənməsində iştirak etmişdir:
1991-1995-ci illərdə - «Azərbaycan Respublikasında korluğun, zəifğörmənin və görmə üzrə əlilliyin tibbi-sosial aspektləri, profilaktikası və azaldılması»;
1996-2000-ci illərdə - «Artifakiyalı xəstələrin tibbi və əmək-sosial reabilitasiyası nəticələrinin təhlili»;
2001-2005-ci illərdə - «Gözün optik mühitlərinin bəzi xəstəliklərinin xüsusiyyətləri, onların profilaktikası və reabilitasiyası». Bu elmi mövzunun məsul icraçısıdır.
Müxtəlif ölkələrdə keçirilmiş aşağıdakı Beynəlxalq, ölkə və respublika konfranslarının, habelə Oftalmoloji qurultayların nümayəndəsi olmuşdur:
- 1991, 1993, 1995, 1997, 2001 və 2005-cü illərdə Odessa şəhərində (Ukrayna) «Odessa- Genuya» Beynəlxalq oftalmoloji konfranslarında;
- 1996-cı illdə Ukrayna ofialmoloqlarının IX-cu qurultayı;
- 2001, 2002, 2003 və 2005- ci illərdə Türk Oftalmoloji Dərnəyinin (TOD) XXXV, XXXVI , XXXVII və XXXIX oftalmoloji konfranslarında;
- Bakıda 1-ci oftalmoloq və endokrinoloqlar qurultayında;
Müxtəlif ölkələrdə oftalmoloji kurslarda olmüşdür:
- 1989-cu ildə SETK «Gözün mikrocərrahiyyəsi» (Moskva şəhəri) - «Refraksiya anomaliyasının cərrahi korreksiyası və İOL implantasiyası» «Lazer cərrahiyyəsi»;
- 1991- ci ildə (Odessa şəhəri) «Gözün lazer mikrocərrahiyyəsi»;
- 1992- ci ildə (Odessa şəhəri) «Görmə orqanının zədələnmələri»;
- 1993-cü ci ildə (Odessa şəhəri) «Qlaukoma və onun lazer cərrahiyyəsi»

80-ə yaxın elmi məqalənin, 2 səmərələşdirici təklifin müəllifidir.
Evlidir, 3 məktəbli oğlu var.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi