 Muradova Zenfira Məmməd qızı ,1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun biologiya fakultəsini bitirib.
1972-ci ildən Azərbaycan elmi-tədqiqat göz xəstəlikləri institutunun biokimyəvi laboratoriyaya baş laborant vəzifəsinə təsdiq olunmuşdur.
1983-cü ildən indiki zamana qədər biokimyəvi laboratoriyanın rəhbəridir. Laboratoriyada qanda ümumi zülal, xolesterin və bilirubin, qanda və sidikdə qlükoza, qanın laxtalanma göstəriciləri, qanda kalsium və s. səviyyələri təyin olunur.
Laboratoriyada gözün ön kamera mayesinin, şüşəvari cismin biokimyəvi dəyişiklikləri, göz yaşında zülal, qlükoza, metal və metalloidlərin, bəzi fermentlərin, mikroelementlərin, qlikozaminoqlikanların mübadiləsi təyin edilir.
1972-2005-ci illərdə 83 elmi işin aparılmasında iştirak edib, 100-ə yaxın elmi əsərin, o cümlədən 12 səmərələşdirici təklifin, 2 metodik tövsiyənin iştirakçısı olub.
|