 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Məmmədov Şahin Yusif oğlu , 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun 1-ci müalicə-profilaktika fakultəsini bitirib.
1983-1984-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunda oftalmologiya üzrə inurnatura kursunu keçib.
1984-cü ildən 1989-cu ilə kimi Beləsuvar rayon mərkəzi xəstəxanasında həkim-oftalmoloq vəzifəsində fəaliiyyətə başlayıb.
1986-1987-ci illərdə Moskva şəhərində «Gözün mikrocərrahiyyəsi» SETK-də kataraktanın ekstraksiyası, süni büllurun implantasiyası və qlaukomanın cərrahi müalicəsi üzrə kurslarda olub.
1988-ci ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə institutunda 4 aylıq kursda olub.
1989-cu ilin oktyabr ayından hal-hazıra kimi akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun mikrocərahiyyə şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır.
1993-cü ildən Elmi şuranın qərarı ilə «Gözün müxtəli patologiyalarında işığın təsirindən tor qişada gedən fotokimyəvi proseslərin öyrənilməsi» adlı namizədlik dissertasiyası üzrə elmi iş planlaşdırılıb.
Məmmədov Ş.Y. 10 elmi işin müəllifidir.
2006-cı ildə Türkiyənin İstambul şəhərində «kataraktanın fakoemulsifikasiyası» üzrə kursda olub.
Hal-hazırda cərrah kimi fəaliyyət göstərir, kataraktanın ekstrakapsulyar ekstraksiyası, süni büllurun implantasiyası, kataraktanın fakoemulsifikasiyası, qlaukomanın cərrahi müalicəsi, göz yaşı yollarının cərrahi müalicəsi, göz qapaqlarının plastikası kimi cərrahi əməliyyatlar aparır.
|
|