Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Məmmədov Mürşüd Cabbar oğlu 1956-cı ildə Kuybışev Dövlət Tibb institututunun hərbi tibb fakultəsini qızıl medalla bitirmişdir.
1954-1980-cı illərdə SSRİ silahlı qüvvələri sırasında hərbi qulluqda olmuş və 1980-cı ildə polkovnik rütbəsində istefaya çıxmışdır.
1971-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi adını almışdır.
1981-1984-cü illərdə Bakı şəhəri Semaşko adına 1 saylı kliniki xəstəxanasının baş həkimi işləmişdir. Oftalmologiya sahəsində 1960-cu ildən işləyir.
Baş elmi işçidir. 83 elmi əsəri, o cümlədən 1 metodik tövsiyəsi, 7 səmərələşdirici təklifi və 2 müəlliflik şəhadətnaməsi vardır.
1984-1988-ci ilə kimi institutun elmi informasiya şöbəsinin müdiri vəzifəsini tutmuşdur.
1988-ci ildən hal-hazıra kimi uşaq və yeniyetmələrdə görmənin mühafizəsi şöbəsinin rəhbəri vəzifəsində çalışır.
1972-ci ildən SSRİ Səhiyyə əlaçısı döş nişanı, 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi