 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Tibb elmləri namizədi, baş elmi işçi Kərimov Rüstəm Əli oğlu, 1949-cü il təvəllüdlü, 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun müalicə-profilaktik fakültəsini bitirmişdir.
1974-1976-cı illərdə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda həkim-laborant vəzifəsində işləmişdir.
1976-1979-cu illərdə Odessa şəhərində akad. V.P.Filatov adına Elmi-Tədqiqat göz xəstəlikləri və toxuma terapiyası institutunun məqsədli aspiranturasında hazırlıq keçərək, 1979 ildə “Gözdaxili bədxassəli yenitörəmələrinin dağılması məqsədlə neodim lazerin tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, 40-dan artıq elmi əsərin müəllifidir, bir çox elmi oftalmoloji qurultay və konfransların iştirakçısıdır.
1979-cu ildən indiki zamana qədər akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun lazer şöbəsində çalışır, 1981-ci ildən institutun lazer cərrahiyyəsi şöbəsinin rəhbəri vəzifəsini tutur.
|
|