 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Hüseynov Oqtay Aydın oğlu, t.e.n., 1963 il təvəllüdlü, 1986-сı ildə N.Nərimanov ad. Azərbaycan Dövlət Tibb institutunu bitirmişdir.
1992-1995 illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktik fakultəsinin daxili xəstəliklər kafedrasının baş laborantı vəzifəsində işləmişdir. 1995-2008-ci illərdə həmin kafedranın assistent vəzifəsində çalışmışdır. 1997-ci ildə “Gərginlik stenokardiyası olan şəkərli diabet xəstələrində hemoreologiya və lipid mübadiləsi pozqunluqlarının tənzimi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2008-ci ildən Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosentidir. 2007-ci ildən akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda terapevt-endokrinoloq kimi fəaliyyət göstərir. 30 elmi işin və “Hipotireoz və tireotoksikoz: diaqnostika və müalicəsi” adlı tədris-metodik vəsaitin müəllifidir.
Ölkə daxilində və xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq elmi konfransların iştirakçısıdır.
Avropa Diabetik Assosiasiyasının (EASD) və Ümumdünya Diabetik Federasiyasının (IDF) daimi üzvüdür.
|
|