 Məmmədbəyli Aygün İlam qızı, 1961-ci il təvəllüdlü, azərbaycanlı, tibb elmləri namizədi, baş elmi işçisi.
1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun müalicə-profilaktika fakultəsini bitirmişdir. 1984-1985-ci illərdə Semaşko adına 1 saylı şəhər klinik xəstəxanasında «oftalmoloq» ixtisası üzrə internatura kursu keçmişdir.
1985-1990-cı illərdə Yasamal rayonunun 19 saylı şəhər poliklinikasında həkim vəzifəsində işləyirdi. 1990-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunda klinik ordinaturasına, 1992-ci ildə isə həmin institutun gözün virus patologiyası şöbəsinə baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1993-cü ildə həmin şöbənin kiçik elmi işçisi vəzifəsinə keçmişdir.
1997-ci ildə A.İ.Məmmədbəyli «Polimorfnüvəli leykositlərin histokimyəvi təhlili və onların herpetik keratitlərin müalicəsində və proqnozunda əhəmiyyəti» adında namizədlik dissertasiyasını müdafiə etmişdir.
1997-ci ildə A.İ.Məmmədbəyli Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun gözün virus patologiyası şöbəsində elmi işçisi vəzifəsinə keçmişdir, 1998-ci ildə həmin şöbəyə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilmişdir.
1999-cu ildə A.İ.Məmmədbəyli baş elmi işçi elmi adına layiq görülmüşdür.
03.01.2000-ci il tarixdə institutun elmi katibi, 16 iyul 2004-cü il tarixdən isə gözün yoluxucu xəstəlikləri və buynuz qişanın cərrahiyyəsi şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir və bu vəzifədə indiki zamana qədər çalışır.
A.İ.Məmmədbəyli institutun aşağıdakı elmi mövzuların işlənməsində iştirak etmişdir:
A.İ.Məmmədbəyli kataraktanın ekstraksiyası, o cümlədən büllurun implantasiyası ilə qlaukomaya qarşı cərrahi əməliyyatları, müxtəlif patologiya nəticəsində zədələnmiş buynuz qişanın köçürülməsini, gözün ön hissəsinin zədəsi nəticələri zamanı optik-rekonstruktiv əməliyyatlarda və bu kimi müdaxilələrdə iştirak edir. Göstərilən məsələlərə aid onun 42 elmi işi, 1 səmərələşdirici təklifi, 1 metodik tövsiyəsi çap olunmuşdur.
2002-ci ilin 23-27 avqust tarixdə Tampere, Finland XXXV Nordic Conqress of Ophthalmology, 2005-ci il 6-9 iyul tarixində Vienna, Austria “World Glaucoma Congress” konqreslərin iştirakçısı olmuşdur.
A.İ.Məmmədbəyli klinik ordinatorların, internların hazırlanmasında, digər gənc oftalmoloqların nəzəri və praktiki həzırlığında yaxından iştirak edir. O, institutda buynuz qişanın və gözün damarlı yolunun virus və digər mənşəli xəstəliklərinin, onların terapevtik və cərrahi müalicəsinin məsələlərinə həsr olunmuş mühazirələr oxuyur.
|