Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Əhmədova Aybəniz Cavid qızı 1962-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə N.Nərimanov rayonundakı 45 saylı məktəbə getmiş. 1980-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir. 1980-cı ildə Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1986-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib. 1986-1987-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İntitutunda həkim-interna kimi çalışıb 1987-1988-ci ildə institutda kurslarda olub. 1988-1989-cu ildə Xaçmaz RMX-də həkim okulist vəzifəsində çalışıb, 1989-1991-ci illərdə Azərbaycanq Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunda kliniki ordinaturanı keçib. 1991-ci ildən bu günə qədər qlaukoma şöbəsində həkim kimi çalışır. Hal-hazırda elmi iş üzərində işləyir. Elmi işi qlaukomalı xəstələrdə diod-lazer vasitəsilə transskleral lazer siklokoaqulyasiyanın icrası ilə əlaqədardır 2003-cü ildə Moskva şəhərində 15 saylı kliniki xəstəxananın göz xəstəlikləri kafedrasında kursda olub. 2004-cü ildə Moskva şəhərində təkrar kursda olub. 2006-cı ildə Türkiyədə keçirilən elmi-konfransda iştirak edib. Transskleral-diod-lazer-siklokoaqulyasiyası Allod- 01-Alkom apparatı vasitəsilə icra olunur. Əməliyyatın icrasına göstəriş birincili və ikincili qlaukomalar, qlaukomanın ifrat inkişaf etmiş, terminal mərhələsi, neovaskulyar agrılı qlaukomadır. Əks göstəriş: göz almasının on təbəqələrinin iltihabi prosesləri; məsələn keratitlər, uveitlər və şiş toxumasının olması. Əhmədova A.C. 15 elmi işin 1 səmərələşdirici təklifin, 1 elmi ixtiranın muəllifidir.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi