 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Ağayeva Rəna Böyükişi qızı, 1962-cı il təvəllüdlü, tibb elmləri namizədi. 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirib.
1984-1985-ci ildə oftalmologiya ixtisası üzrə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda internatura kursu keçmişdir.
1985-1987-ci ildə SSRİ sərhəd qoşunlarının dairə hospitalında həkim-okulist işləyib.
1987-1990-cı ildə Azərbaycan Elmi-Tədqiqat göz xzəstəlikləri institutunda aspiranturada təhsil almışdır. 1990-cı ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun mikrocərrahiyyə şöbəsində kiçik elmi işçi kimi götürülüb.
1992-ci ildə Tiflisdə DHTİ-nun Xüsusiləşmiş şurasında «Eksperimental diabet şəraitində intravitreal qansızma zamanı lipidlərin peroksid oksidləşməsinin inkişaf xüsusiyyətləri və göz toxumasının funksional fəaliyyətinin pozğunluğu» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1995-ci ildən indiyə qədər Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun işçisidir. Bu dövrdə aşağıdakı mövzular üzrə elmi işlərin planlaşdırılmasında iştirak edib və icraçısı olub.
«Torlu qişanın, şüşəvari cismin və büllurun bəzi xəstəliklərində müxtəlif antioksidantlarla aparılan patogenetik əsaslanmış müalicə üsulları» 1990-1991-ci illər.
Gözün optik mühitinin xəstəliklərində xəstənin immun statusu və onun korreksiyası 1990-2000 illər.
Göz almasının ön hissəsinin və onun optik mühitinin yaşla bağlı xəstəliklərinin kliniki-sosial bərpasının bəzi aspektləri.
«Yaşlı adamların göz xəstəliklərinin epidemiologiyası profilaktikası və müalicəsi» 2006-2010-cu illər.
Ağayeva R.B. 32 elmi işin, o cümlədən 6 səmələşdirici təklifin müəllifidir. Bu işlər respublika və ondan kənardakı məcmuələrdə nəşr olunub.
Müasir mikrocərrahiyyə üsullarını, lazer cərrahiyyəsini, İOL-un implantasiyası ilə kataraktanın ekstraksiyasını, qlaukomanın cərrahiyyəsini bilir.
|
|