Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Ləmbəranskaya Nərminə Rauf qızı, 1962-ci il təvəllüdlü, tibb elmləri namizədi.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu 1985-ci ildə bitirib.
1987-ci ildən indiki zamana kimi akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun büllurun patologiyası şöbəsində həkim-oftalmoloq vəzifəsində çalışır.
2000-ci ildə Moskva şəhərində «Yüksək yaxındangörmə nəticəsində baş verən əlilliyin sosial-gigiyenik və kliniki-oftalmoloji xüsusiyyətləri, Azərbaycan Respublikasında onun profilaktika və azaldıdması yolları» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
İşlədiyi dövr ərzində elmi mövzuların planlaşdırılmasında və onların aparılmasında iştirak etmişdir.
T.e.n. N.R.Ləmbəranskaya 2002-2004-cü illərdə gözün lazer cərrahiyyəsi və elmi-tədris mərkəzin rəhbəri vəzifəsini tutmuşdur.
1989 və 1999-cu illərdə Moskva şəhəri «Gözün mikrocərrahiyyəsi» SETK-də və 2003-cü ildə «instraokulyar linzalarla kataraktanın ekstraksiyası, lazer cərrahiyyəsi və flyuoressent angioqrafiya» problemi üzrə İstambul şəhərində təkmilləşdirmə kurslarında olmuşdu.
N.R.Ləmbəranskaya 27 elmi işin, 6 səmərələşdirici təklifin müəllifidir.
Müasir mikrocərrahi texnikanın köməyi ilə intraokulyar linzalarla kataraktanın ekstraksiyası, qlaukomanın cərrahiyyəsi və lazer cərrahiyyəsi üsullarını tətbiq edir.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi