Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Hacıyeva Səidə Arif gızı, 1955-ci il təvəllüdlü, 1978-ci ildə Azərbaycan Tibb universtetinin mualicə-profilaktika fakültəsini bitirmişdir.
1979-83-cü illərdə Naxcıvan Respublika göz xəstəxanasinda həkim-ordinator işləmişdir.
1980-cı ilin dekabrından 1981-ci ilin mayınadək Kazan şəhəri Həkimləri Təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasında oftalmologiya kursu keçmişdir.
1983-85-ci ildə Pusiya Tibb Elmləri Akademiyasinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda məqsədli klinik-ordinatura kecmişdir.
1986-cı ildən 1988-ci ilədək Azərbaycan Respublikası Fərdi təqaüdçilərinin poliklinikasında həkim-oftalmoloq vəzifəsində çalışmışdır.
1988-ci ildən hal-hazıradək akad. Z.Əlieva adına Azərbaycan elmi-tədqiqat göz xəstəlikləri institutunda işləyir.
1988-ci ildə Moskva şəhəri Rusiya Tibb Elmləri Akademiyası Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda ultrasəs müayinə metodları üzrə 2 aylıq kurs keçmişdir.
1989-cu ildə Moskva şəhərində akademik S.H.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Sahələrarası Elmi Texniki Kompleksində 2 aylıq oftalmo-mikrocərrahiyyə kursu keçmişdir.
1990-cı ildə akad. S.Fyodorov adına “Gözun mikrocərrahiyyəsi” Sahələrarası Elmi Texniki Kompleksinə məgsədli aspiranturaya göndərilmişdir və 1993-cu ildə orada namizədlik dissertasiyasi mudafiə etmişdir.
1990-cı ildən Rusiya “Təbabətdə ultrasəs diaqnostikası üzrə mütəxəsislərin Assosiasiyası”nın üzvüdür.
1999-cu ildən institutun apariçi elmi işçisidir.
2000-ci ildə akademik S.H.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Sahələrarası Elmi Texniki Kompleksinin Sankt-Peterburq filialında “Oftalmologiyada eksimer-lazer cərrahiyyəsi” və “Oftalmologiyada kompleks ultrasəs müayinə metodlari” adlı kurslar keçmişdir.
2002, 2003, 2004-cü illərdə akademik S.H.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Sahələrarası Elmi Texniki Kompleksinin nəzdində “Oftalmologiyada müasir ultrasəs müayinə metodlari” adlı təkmilləşdirmə kursları keçmişdir.
2005-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 75 elmi əsər, 8 səmərələşdirici təklif, 1 ixtiranın müəllifidir.
İnstitutun Elmi Şurasının və Aprobasiya Şurasının, Elmi İşlər Üzrə Ekspert Komissiyasının və redaksiya heyyətinin üzvüdür.
2006-cı ildən institutun Görmə Orqanının Funksional Diaqnostikası Mərkəzinin elmi rəhbəridir.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi