Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


Xanlarova Nigar - 19 mart 1950-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə 134 saylı orta məktəbi bitirib. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə-profilaktika fakultəsində təhsil alıb. 1973-1974-cü illərdə akademik Mir-Qasımov adına Respublika klinik xəstəxanasında internaturanı keçib. 1974-cü ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna qəbul olub və bu günə kimi üşaq və yeniyetmələrin görməsinin mühafizə şöbəsində işləyir 1974-cü ildə baş laborant vəzifəsində, 1980-ci ildən kiçik elmi işçi, 1997-ci ildən baş elmi işçi vəzifəsində çalışır. 1978-ci ildə yerli göz xəstəlikləri sahəsində qiyabı aspiranturaya daxil olub. 1986-cı ildə akademik V.P.Filatov adına Odessa Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda tibb elmləri namizdi adına dissertasiyasını müdafiə edib.
Apardığı işlə əlaqədar Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun uşaq şöbəsində, uşaqların görməsinin mühafizə şöbəsində, Y.AP.Utexinin sferoprizmatik korreksiyası laboratoriyasında. V.P.Filatov adına Odessa Elmi-Tədqiqat Göz Xəstəlikləri və toxuma terapiyası institutunda uşaqların görməsinin mühafizə şöbəsində təkmilləşdirmə kurslarını keçib. 2000-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya komissiyası tərəfindən göz xəstəlikləri üzrə baş elmi işçi Adı təqdim edilib. İşlədiyi şöbənin elmi işlərinin planlaşdırılması, yerinə yetirilməsi, nəticələrinin yekunlaşdırılmasında aktiv iştirak edib. Dissertasiyanın müdafiəsindən sonra gözün optik çatışmazlığının nəticəsində görmə funksiyasının zəifləməsinin profilaktikası, məktəb miopiyasını artıran faktların öyrənilməsi və profilaktikası, qarışıq astiqmatizmin müalicəsinin görmə funksiyasının pozulması profilaktikasının kompleks səmərəli üsullarının işlənilib hazırlanması istiqamətində, elmi işlərin aparılmasında icraçılardan biridir.
Respublikada və yaxın xaricdə çıxan orqanlarda 36 elmi işi çap olunmuşdur, 4 səmərələşdirici təklifin və 1 metodik tövsiyyənin müəllifidir.
1986 ildən çəpğozlük üzrə cərrahiyyə əməliyyatı, keçirir.
Müasir müalicə uşüllarını araşdırıb və şöbədə gözün optik çatışmamazlıqlarının konservativ müalicə üsullarını tətbiq edir.
Yeni oftalmoloq kadrların hazırlanmasında aktiv iştirak edir.
«Eksperimental yolla autozərdab yeritdikdən sonra şüşəvari cismin zülal-amitunşu tərkibinin dəyişikliyinin və hialuronidazanın fəalliğinin dinamikası»
«Yüksək yaxındangörmə nəticəsində baş verən əlilliyin sosial-gigiyenik və kliniki-oftalmoloji xüsusiyyətləri, Azərbaycan Respublikasında onun profilaktika və azaldıdması yolları.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi