 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|

Tibb elmləri namizədi, baş elmi işçi Babayeva Larisa Alekseyevna, 1941-ci il təvəllüdlü.
1964-cü ildə N.Nərimanov ad. Azərbaycan Dövlət Tibb institutunu bitirmişdir, 1967-1971-ci illərdə Azərbaycan ET göz xəstəlikləri institutunun aspiranturasında hazırlıq keçmişdir və 1973-cü ildə “Autozərdabın eksperimental yeridilməsindən sonra şüşəvari cismin zülal-aminoturşu tərkibinin və hialuronidaza aktivliyinin dəyişikliklərinin dinamikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, 100-dən artıq elmi əsərin müəllifidir, Azərbaycanda və xarici ölkələrdə keçirilmiş bir çox beynəlxalq oftalmoloji konfrans və qurultayların iştirakçısıdır.
1983-cü ildən 15 il ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq oftalmoloqu olmuşdur. Uşaqlarda görmə orqanının travmaları və anadangəlmə patologiyasının konservativ və cərrahi müalicəsi problemləri ilə məşğuldur.
|
|