 Abasov Fuad Akif oğlu , tibb elmlər namizədi 24 oktyabr 1963-cü ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur.
1980-ci ildə Salyan şəhər 7№-li orta məktəbi Qızıl medalla bitirmişdir.
1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirmişdir.
1986-87-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda 1 illik internatura kursu keçmişdir.
1987-90-cı illərdə Salyan rayonlararası Göz Xəstəxanasında həkim-oftalmoloq ixtisası üzrə işləmişdir.
1990-92-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda 2 illik kliniki ordinatura keçmişdir.
1992-ci ildən institutun Uşaqlarda Görmə üzvünün patologiyası mərkəzində əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində hal-hazırda çalışmaqdadır.
1995-1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda qiyabi aspiranturanı bitirmişdir.
2004-cü ildə “Uşaqlarda travmatik kataraktalar zamanı büllurun arxa kapsulu zədələndikdə və ya olmadıqda intraokulyar linzaların implantasiyası” mövzusunda “göz xəstəlikləri” ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.
16 elmi iş dərc edilmışdır, o cümlədən 8 xarici və 8 yerli mətbuatda və 1 səmərələşdirici təklif verilmişdir. 1999-2000-2002-2004 cü illərdə Tehranda (İran İslam Respublikası),2000-ci ildə Ufa şəhərində (Rusiya), 2001-ci ildə Ankarada (Türkiyə) keçirilmiş oftalmoloqların beynəlxalq konfranslarında Zədə kataraktalı uşaqlarda İOL implantasiyası və onun nəticələri haqqında elmi-praktiki məruzələr etmişdir.
2000-ci ildə Rusiyanın Ufa Elmi-Tədqiqat Göz xəstəlikləri institutunda Kataraktaların Fakoemulsifikasiyası mövzusunda, 2001-ci ildə isə İstambul Universiteti, Cərrahpaşa Tibb Fakultəsi, Göz xəstslikləri kafedrasında Vitreoretinal cərrahiyyə, Keratoplastika və Kataraktaların Fako cərrahiyyəsi mövzusunda elmi-praktiki kursları bitirmişdir.
Hal-hazırda akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutun Uşaqlarda Görmə üzvünün patologiyası mərkəzində kiçik elmi işçi vəzifəsində çalışır, uşaqlarda katarakta cərrahiyyəsindən sonra yaranan arxa kapsulun bulanmasının qarşısının alınması problemi ilə məşğuldur.
Uşaqlarda görmə üzvünün anadangəlmə, qazanılma və zədə nəticəsində baş verən ön seqment xəstəliklərinin cərrahi və konservativ müalicələri, eyni zamanda çəpgözlüyün və kosmetik deffektlərin cərrahi müalicələrini həyata keçirir.
Cərrahi əməliyyatlarının sayı 1500-dən çoxdur.
Evlidir, 3 uşağı var.
|