 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Abdullayeva Elmira Ələkpər qızı, 1948-ci il təvəllüdlü, tibb elmləri namizədi.
1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun I müalicə-profilaktika fakultəsini bitirib. 1972-ci ildən akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutun əyani aspiranturasına daxil olub.
2000-ci ildə Moskva şəhərində «Hipertoniya xəstəliyində gözün hemo- hidrodinamikası» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Hazırda akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun tor qişanın və görmə sinirinin patologiyası şöbəsində çalışır.
51 elmi əsərin müəllifidir.
Gözün arxa seqment xəstəliklərində konservativ və ND:YAG lazer müalicəsi (lazerkoaqulyasiya) ilə məşğuldur.
|
|