Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Fərzəliyeva Zenfira Əlibaba qızı
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun müalicə-profilaktika fakultəsini 1974-cü ildə fərqlənmə ilə bitirmişdir.
1974-1975-ci illərdə Azərbaycan Dövlət Tibb institutunun, Respublika klinik xəstəxaasının nəzdindəki neyrocərrahiyyə kafedrasında internatura kursunu keçmişdir.
1975-1979-cu illərdə Latviya Respublikasının Yurmala şəhərində cərrah, 1979-1981-ci illərdə isə Liepaya şəhərinin şəhər klinik xəstəxanasında nevrapotoloq vəzifəsində çalışıb. Elə bu zaman akupunkturanın əsaslarını öyrənməyə başlamışdır.
1981-1986-cı illərdə Çexoslovakiyanın Ololouts şəhərindəki Hərbi Hospitalda nevropatoloq vəzifəsində işləyib və nevroloji xəstələrin müalicəsində akupunkturanı tətbiq edib.
1986-1991-ci illərdə Azərbaycan Neyrocərrahiyyə Mərkəzində neyrooftalmoloq vəzifəsində çalışıb.
1987-ci ildə Ə.Əlyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasında 4 aylıq təkmilləşmə kursunu keçdikdən sonra oftalmoloq ixtisasına yiyələnib. Həmin ildə Moskva şəhərində Burdenko adına Neyrocərrahiyyə xətəxanasında təkmilləşmə keçib neyrooftalmoloq ixtisasına yiyələnib.
1991-1994-cü illərdə Respublika klinik xəstəxanasının göz xəstəlikləri şöbəsində oftalmoloq vəzifəsində çalışıb.
1992-ci ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə institutunda refleksotrapiya üzrə 2 aylıq kurs keçib.
1994-cü ildə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun sinir-damar şöbəsinə oftalmoloq vəzifəsinə qəbul olunub.
1996-cı ildə həkim-oftalmoloq ixtisası üzrə I kateqoriyaya nail olunub.
2004-cü ilin fevral ayında «Makulodistrofiyaların patogenezinin bəzi tərəflərinin öyrənilməsi və akupunkturanın bu xəstəliklərin müalicəsində effektivliyi» adlı namizədlik dissertasiyasını müdafiə edib.
Z.Ə.Fərzəliyevanın elmi işləri oftalmologiyada yeni diaqnostik üsul olan Riodaraku metodu ilə xəstələrin müalicəsinə və akupunktura müalicə üsulu ilə makulodistrofiyaların müalicəsinə həsr olunub.
O, yüksək hazırlıqlı elmi işçi, klinisist və oftalmoloqdur. Öz təcrübəsini cavan həkimlərlə bölüşdürməyə həmişə hazırdır, onun 20 qədər elmi işi, 2 səmərələşdirici təklifi var.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi