 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Namazova Hicran Kamal qızı
Azərbaycan respublikası, Bakı şəh., 1962-ci il 12 yanvar.
1970-ci ildə Bakı şəh. A.S.Puşkin adına 23 №-li orta məktəbi bitirib; 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib; 1976-1977-cı illərdə internatura kursunu keçib; 1978-ci ildə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasında oftalmologiya üzrə ilkin ixtisaslaşma kursunu «əla» qiymətlə qurtarıb
1978-1982-ci illərdə Bakı şəh. 8 №-li uşaq xəstəxanasında həkim-okulist vəzifəsində çalışıb; 19812-ci ildə Helmholts adına MET göz xəstəlikləri institutunda iş yerində olub; 1982-1984-cü illərdə Moskva şəh. Lenin adına Həkimlərin Mərkəzi Təkmilləşdirmə institutunda ordinaturada oxuyub; 1984-cü ildə həmin institutun aspiranturasına daxil olub, və 1987-ci ildə məşhur professor N.B.Şulpinanın rəhbərliyi altında «Kataraktanın mikrocərrahi üsulla süni eksfoliativ sindrom şəraitində xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib; 1988-ci ildən akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun əməkdaşıdır. 1994-cü ildə AAK-sı tərəfindən baş elmi işçi elmi adı verilib. Hal-hazırda t.e.n. Namazova H.K. elm üzrə direktor müavinidir, gözün zədəsi, plastik və rekonstruktiv cərrahiyyəsi şöbəsinin aparıcı elmi işçisi.
|
|