 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Qədimova Firəngiz Əmir qızı 1978-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun pediatriya fakultəsini bitirmişdir. 1978-1979-cu illərdə Qarayev adına uşaq klinik xəstəxanasında «pediatriya» ixtisası üzrə internatura kursunu keçmişdir.
1979-1983-cü ilə qədər Sumqayıt şəhər uşaq xəstəxanasında pediatr vəzifəsində işləyirdi. 1983-cü ildə Kiyev şəhəri Həkimləri Təkmilləşdirmə institutunda «oftalmologiya» üzrə ixtisaslaşma kursu keçmişdir.
1984-1985-ci ilə qədər Bakı şəhəri 9 saylı uşaq poliklinikasında oftalmoloq vəzifəsində işləyib, 1985-1987-ci illərdə Azərbaycan ET Göz Xəstəlikləri institutunda klinik ordinaturada oxuyub.
1988-ci ildə həmin institutun qlaukoma şöbəsinə baş laborant vəzifəsinə qəbul olunub.
1989-1993-cü ilə qədər Moskva şəhəri «Gözün mikrocərrahiyyəsi» SETK-də aspiranturada oxuyub.
1993-cü ildə Moskva şəhərində «Uşaqlarda ikincili qlaukomanın müalicəsində eksplantodrenaj ilə birgə dərin skleretomiyanın effektivliyi» mövzusunda namizədlik disertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Apardığı işlə əlaqədar olaraq, dəfələrlə Moskva şəhərində «Gözün mikrocərrahiyyəsi» SETK-də təkmilləşdirmə kurslarını keçmişdir.
F.Ə.Qədimova işlədiyi şöbənin elmi işlərinin planlaşdırılması, yerinə yetirilməsi, nəticələrinin işlənməsində aktiv iştirak edir:
1. İkincili əməliyyat olunmuş qlaukomanın hidrogel drenajı vasitəsi ilə müalicəsi.
2. Deksazonla təchiz edilmiş biodestruksiyaedici drenajın istifadəsi ilə dərin sklerektomiyanın modifikasiyası.
3. Qlaukomalı xəstələrdə görmə siniri atrofiyasının maqnitostimulyasiya metodu ilə müalicəsi.
4. Qlaukomalı xəstələrdə görmə siniri atrofiyasının müalicəsində bütöv zəfəran gülünün sulu məhlulunun effektivliyinin təyin edilməsi.
F.Ə.Qədimovanın respublikada və yaxın xaricdə 26 elmi işi çap olunmuşdur. O, 10 səmərələşdirici təklifin və 1 metodik tövsiyənin müəllifidir. Dissertasiyasının müdafiəsindən sonra 21 elmi işi çap olunmuşdur.
1993-cü ildən F.Ə.Qədimova öz işinə ikincili qlaukomanın müasir müalicə üsullarını tətbiq edir.
F.Ə.Qədimova klinik ordinatorların, internların hazırlanmasında, Türkiyə Respublikasından gəlmiş həkimlərin, digər gənc oftalmoloqların nəzəri və praktiki həzırlığında yaxından iştirak edir. O, institutda aşağıda göstərilən məsələlərə həsr olunmuş mühazirələr oxuyur:
1. Birincili qlaukomanın klinik-morfoloji aspektləri.
2. Uşaqlarda ikincili qlaukoma və onun müasir müalicə metodlalı.
|
|