Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Tibb elmləri namizədi, baş elmi işçi Haşımova Nübar Fayzı qızı, 1945-ci il təvəllüdlü, institutda uşaqlarda gözün patologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışır. 1969-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutun müalicə-profilaktika fakultəsini bitirib.

1973-cü ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlkləri institutunda işləyir.
Sabiq Sovet İttifaqının aparıcı oftalmoloji mərkəzlərində, o cümlədən Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunda, Mərkəzi Həkimləri Təkmilləşdirmə institutunda və «Gözün mikrocərrahiyyəsi» Sahələrarası Elmi-Texniki Kompleksində ixtisasını artırmışdır.
1990-cı illərdə uşaqlarda travmatik kataraktanın ekstraksiyası zamanı müxtəlif növ kəsiklərin müqayisəli qiymətləndirilməsi üçün klinik-eksperimental tədqiqatları aparıb və 1997-ci ildə «Uşaqlarda fəsadlaşmış travmatik kataraktanın ekstraksiyası zamanı tətbiq olunan müxtəlif kəsiklərin nəticələrinin müqayisəli qiymətləndirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Şöbədə oftalmologiyanın müxtəlif aktual problemlərinə həsr olunmuş plan elmi mövzularının işlənilməsində fəal iştirak edir, 90-dan artıq elmi əsərin müəllifidir, bir çox beynəlxalq elmi oftalmoloji konfransların iştirakçısıdır.
N.Haşımova oftalmocərrahiyyənin yeni üsullarına fəal yiyələnərək, uşaqlarda gözün mikrocərrahiyyəsi sahəsində şöbənin aparıcı mütəxəssislərindən biridir, uşaqlarda anadangəlmə qlaukoma və katarakta, travmatik katarakta, görmə orqanının travmaları zamanı ən müasir cərrahi müdaxilələri müvəffəqiyyətlə həyata keçirir.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi