 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Şahmalıyeva Aişəxanım Məcməddin qızı, 1964-cü il təvəllüdlü, tibb elmləri namizədi.
1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun müalicə-profilaktika fakultəsini bitirib.
1987-1988-ci illərdə 3 №-li Bakı şəhər klinik xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə internatura kursunu keçmişdir.
1988-1993-cü illərdə 4 №-li uşaq stamotoloji poliklinikasında həkim-anestezioloq işləmişdir.
1993-cü ildən Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə institutunda «oftalmologiya» ixtisası üzrə təkmilləşmə kursunu keçmişdir.
1993-1997-ci illərdə Bakı Səhiyyə İdarəsi nəzdində 19 №-li Tibbi-Sanitar hissəsində həkim oftalmoloq işləmişdir.
1997-1999-cu ildərdə 1 №-li Bakı şəhər oftalmoloji xəstəxanasında çalışmışdır.
1999-cu ilin yanvar ayından indiyə kimi akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun gözün lazer cərrahiyyəsi şöbəsində çalışır.
1999-cu ilin iyun ayında Moskva şəhəri akad. S.N.Fyodorov adına «Gözün mikrocərrahiyyəsi» SETK-də «Lazer cərrahiyyəsi və flüoressent angioqrafiya» adlı kursu keçmişdir.
2000-2001-ci illərdə dissertasiya işi ilə əlaqədar Rusiya Tibb Elmləri Akademiyası nəzdində Endokrinologiya institutunda iş yerində olub.
2002-ci ildə «Diabetik retinopatiyanın kombinə olunmuş müalicəsinin müasir aspektləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
17 elmi məqalənin, 2 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin müəllifidir.
Hal-hazırda diabetik retinopatiyalı, tor qişa damarlarının keçməməzliyi, müxtəlif şişlərdə, göz dibinin müxtəlif mənşəli damar patologiyalarında və tor qişanın periferik degenerasiyalarında lazer koaqulyasiya əməliyyatlarını həyata keçirir.
Bununla yanaşı göz dibinin müxtəlif patologiyalarında flüoressent angioqrafiya müayinəsini aparır.
İnstitutun aşağıdakı mövzuları üzrə klinik işlərində iştirak edir:
-Diabetik retinopatiyada makulyar ödemin diaqnostika və müalicə effektivliyinin kriteriləri
-Retinovaskulitlərin diaqnostika, klinika və müalicəsinin bəzi aspektləri
-Optik neyropatiyaların ilkin əlamətlərinin analizi, kompleks müayinə və müalicə metodlarının tədqiqi və tətbiqi.
|
|