 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Seyidova Sitarə Nadir qızı 09.02.1961-ci ildə Gəncə şəhərində quluğçu ailəsində anadan olub.
1983-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun müalicə-profilaktika fakültəsini bitirib
1983-1984-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya institutunda internatura kursunu keçib.
1984-cü ildə Gəncə şəhərində endokrinoloji dispanserdə həkim-okulist vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1985-1991-ci illərdə 24 saylı birləşmiş şəhər xəstəxanasında həkim-okulist vəzifəsində çalışıb.
1991-ci ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya institutuna həkim-oftalmoloq vəzifəsinə qəbul edilib.
1995-ci ildə Moskva şəhərinə Ümumittifaq Elmi-Tədqiqat Oftalmologiya institutunda iş yerində olub.
1995, 1999, 2002-ci illərdə Moskva şəhərində Helmholts adına Elmi-Tədqiqat göz xəstəlikləri institutunda təkmilləşdirmə kurslarında olub.
1999-cu ildə «Görmə üzvünün zədələri zamanı iltihabi fəsadların patogenezinin bəzi xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2000-2004-cü illərdə Dövlət Neft kompaniyasının birləşmiş xəstəxanası nəzdində Göz Mərkəzinin və bununla yanaşı humanitar məqsədlə Caspian Project layihə çərçivəsində imkansız təbəqələr üçün Göz klinikasında çalışıb.
38 elmi işin müəllifidir.
Hal-hazırda akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun elmi-məlumat və təşkilatı metodik şöbəsinin müdiri vəzifəsinin çalışır.
|
|