Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Şöbə rəhbəri - tibb elmləri namizədi Kərimov Müşfiq İsrafil oğlu, 1969-cu il təvəllüdlü, 1990-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktik fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-1992-ci illərdə Azərbaycan Elmi–Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə klinik ordinaturanı keçib. 1996-1999 V.P.Filatov adına Göz Xəstəlikləri və Toxuma Terapiyası institutunda (Odessa şəhəri) əyani aspiranturada təhsil alıb və 1999-cu ildə həmin institutda “Şəkərli diabeti olan xəstələrdə kataraktanın ekstrakapsulyar ekstraksiyası və intraokluyar linzaların implantasiyasından sonra iltihabi reaksiyanın klinik-immunoloji xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2000-2003-cü illərdə M.İ.Kərimov Səudiyyə Ərəbistanın Məkkə şəhərində “Əl-Nur” Mütəxəssis Xəstəxanasında göz həkimi vəzifəsində çalışıb.

2007-2008-ci illərdə Bremen (Almaniya), Yekaterinburq (Rusiya) və Odessa (Ukrayna) şəhərlərində vitreoretinal cərrahiyyə üzrə hazırlıq keçib, 2007-ci ildən akad. Z.Əliyeva ad. ET göz xəstəlikləri institutda vitreoretinal cərrahiyyə əməliyyatlarını həyata keçirir. Hazırda M.İ.Kərimov gözün ön və arxa seqment xəstəliklərinin cərrahi müalicəsi – kataraktanın fakoemulsifikasiyası, trabekuloektomiya, pars-plana vitrektomiya, skleral sıxılma (bakling), kombinə edilmiş əməliyyatlar (fakoemulsifikasiya və vitrektomiya) kimi əməliyyatlar aparır.

M.İ.Kərimov bir çox beynəlxalq oftalmoloji elmi toplantıların iştirakçısıdır, 20-dən artıq elmi əsərin müəllifidir.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi