 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 İmamverdiyeva Nəzakət Nəriman qızı, 1960-cı il təvəllüdlü, kiçik elmi işçi.
1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun I müalicə-profilaktika fakultəsini bitirib.
1984-1985-ci illərdə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda oftalmologiya üzrə internatura kursunu keçib.
1985-ci ildən 1992-ci ilə kimi Topçubaşov adına Eksperimental cərrahiyyə institutunda həkim-oftalmoloq vəzifəsində fəaliyyətə başlayıb.
1992-ci ildən akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun travmatologiya şöbəsində həkim-oftalmoloq, 1995-ci ildən isə qlaukoma və sinir-damar patologiyası şöbəsinin ultrasəs müayinəsi poliklinik kabinetində fəaliyyətini davam etdirib.
2000-ci ildə Sankt-Peterburqda keçirilən Oftalmoloqların Beynəlxalq konqresində iştirak edib.
2000-ci ildə akademik S.H.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Sahələrarası Elmi Texniki Kompleksinin Sankt-Peterburq filialında «Fotorefraktiv keratoektomiya (FRK)» və «Oftalmologiyada kompleks ultrasəs müayinə metodlari» adlı kurslar keçmişdir.
N.İmamverdiyeva 2006-cı ildən göz xəstəliklərinin funksional və laborator diaqnostikası şöbəsinin kiçik elmi işçisi vəzifəsində fəaliyyət göstərir.
|
|