Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Tibb elmləri namizədi Ağayev Misirxan Muradxan oğlu ,büllurun patologiyası mərkəzinin rəhbəri.
1973-cü ildə Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü-1974-cü illərdə Azərbaycan oftalmologiya institutunda internatura, 1976-1978-ci illərdə isə kliniki ordinaturada hazırlıq keçmişdir. 1983-cü ildə Helmholts adına Moskva ETGX institutunda məqsədli aspiranturanı bitirmişdir və həmin ildə «Buynuz qişanın dəlib keçən və cərrahi əməliyyat yaralarının sağalmasında ön kamera mayesinin əvəzedicilərinin müqayisəli öyrənilməsi» mövzusunda namizədlik dissertasiyasına müdafiə etmişdir.
1976-cı ildən kataraktanın mikrocərrahiyyəsi ilə məşğuldur, 32 elmi işin və 4 səmərələşdirici təklifin müəllifidir.
40 ildən ardıqdır ki, büllurun patologiyası zamanı aparılan cərrahi əməliyyatlarla, xüsusilədə gözdaxili süni büllurların implantasiyası ilə məşğul olur. Bu patologiya zamanı mövcud olan bütün cərrahi əməliyyatlar onun tərəfindən müvəffəqiyyətlə aparılır, bundan əlavə qlaukoma əleyhinə olan cərrahi əməliyyatlar, göz almasında və göz qapaqlarında olan törəmələr zamanı lazım olan cərrahi əməliyyatlar müvəffəqiyyətlə yerinə yetirilir. Rusiyanın və digər xarici ölkələrin aparıcı klinikalarında, oftalmoloji mərkəzlərdə olmuş və çox sayda beynəlxalq konfransların, qurultay və simpoziumların iştirakçısı olub.


   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi