Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Şamilova Faiqə Hacıbala qızı - gözün zədəsi, plastik və rekonstruktiv cərrahiyyəsi şöbəsinin aparıcı elmi işçisidir.
Prof. K.A.Adıgözəlova-Polçayevanın rəhbərliyi altında o, «Artan və yüksək dərəcəli miopiyada allofassiya və alloskleranın istifadəsi ilə skleroplastik əməliyyatların və revaskulyarizasiya ilə kombinə olunmuş skleroplastikanın müqayisəli təhlili» mövzusunda icra etdiyi dissertasiyasını 1990-cı ildə Tiflis Həkimləri Təkmilləşdirmə institutunda müdafiə edərək, SSRİ AAK tərəfindən tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1995-ci ildə Azərbaycan Respublikası AAK-nın qərarı ilə baş elmi işçi adına layiq görülmüşdür.
Elmi mövzuların planlaşdırılmasında, qoyulan məsələlərin həllində, alınan nəticələrin işlənməsində və təhlilində yüksək peşəkarlıq nümayiş edir.
O, aşağıda göstərilən mövzuların planlaşdırılmasında və yerinə yetirilməsində məsul icraçılardan biridir:

- «Məktəb yaşlı uşaqlarda yaxındangörmənin patogenezində optik mühitlərinin çatışmamazlığının rolu», 1981-1985-ci illər;
- Şüşəvari cismin müxtəlif patoloji dəyişiklikləri hallarında rekonstruktiv cərrahiyyənin tətbiqi», 1986-1990-cı illər;
- «Göz almasının zədələnmələrində allotransplantatların istifadəsi ilə gözün ön hissəsinin rekonstruktiv cərrahiyyəsi», 1991-1995-ci illər;
- «Gözün optik mühitlərinin xəstəlikləri, immun vəziyyəti və onun korreksiyası», 1996-2000-ci illər;
- «Göz almasının ön hissəsinin və optik mühitlərinin yaşla əlaqədar xəstəliklərinin kliniki-sosial reabilitasiyasının bəzi aspektləri», 2001-2005-ci illər;
- «Gözün ön hissəsinin xəstəliklərinin müasir müalicə üsulları və onların effektivliyinin qiymətləndirilməsi», 2006-2010-cu illər.

O, 93 elmi işin və 3 metodik tövsiyənin müəllifidir. Respublikada və SSRİ-də keçirilən konfrans və qurultayların iştirakçısı olmuşdur.
Şamilova F.H. yüksək səviyyəli oftalmocərrahdır, göz almasının və onun qoruyucu aparatının müxtəlif dərəcəli, xarakterli, lokalizasiyalı yaralanmaları zamanı müasir cərrahi üsulları tətbiq edir, zədələnmələrdən sonra əmələ gələn qüsurları aradan götürmək üçün rekonstruktiv və plastik əməliyyatlar aparır. Eyni zamanda yüksək yaxıngörmədə skleroplastik əməliyyatları yerinə yetirir.
Həkim-internlərin, kliniki ordinatorların, respublikanın müxtəlif rayonlarından gələn həkimlərin təkmilləşdirilməsində fəal iştirak edir.


   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi