 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Mirzəyeva Firəngiz Xanməmməd qızı, 1945-ci il təvəllüdlü.
1969-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib.
1969-cu ildən 1971-ci ilə kimi Sumqayıt şəhərində 2 saylı birləşmiş xəstəxanasında okulist işləyib. 1971-ci ildən 1973-cü ilə kimi Azərbaycan elmi-tədqiqat göz xəstəlikləri institutunda klinik ordinaturanı keçib. 1973-cü ildən 1976-cı ilədək gözün sinir-damar patologiyası şöbəsində həkim vəzifəsində çalışıb və elmi tədqiqat işlərində fəal iştirak edib, o cümlədən gözün tor qişasının distrofiyasında zəfəranın istifadə edilməsində (klinik-eksperimental müayinələr).
1977-ci ildən 2000-ci ilə kimi uşaqlarda gözün patologiyası şöbəsində klinika üzrə şöbə müdiri işləyib. Hal-hazırda həmin şöbədə həkim vəzifəsində çalışır.
1970-ci ildə Həkimləri Təkmilləşdirmə institutunda oftalmologiya üzrə təkmilləşdirmə siklini keçib.
1974-1975-ci illərdə Moskva şəhərində Helmholts adına ET göz xəstəlikləri institutunda gözün müxtəlif xəstəliklərində reooftalmoqrafiya və flüoressent angioqrafiya üzrə, 1984-cü ildə isə cərrahi fəaliyyəti artırmaq məqsədilə kurs keçib.
1990-cı ildə Moskva şəhərində «Gözün mikrocərrahiyyəsi» SETK-də uşaqlarda qlaukomanın, kataraktanın mikrocərrahiyyəsi, digər göz patologiyaları üzrə kurs keçib.
Göz qapaqları və göz almasında müxtəlif profili cərahiyyə əməliyyatları aparır.
İnternlərin hazırlanmasında, onlara oftalmologiyada diaqnostik və müalicə metodlarını mənimsəmədə yaxından iştirak edir, cərrahiyyə əməliyyatının gedişi, ondan sonrakı dövrdə aparılan müalicələrlə tanış edir.
55 məqalənin, 5 səmərələşdirici təklifin, 1 metodik tövsiyənin müəllifidir.
Hal-hazırda uşaqlarda göz xəstəliklərinin epidemiologiyası və çox geniş yayılmış patologiyasının klinikası və müalicəsi mövzusu üzərində işləyir.
|
|