 Hüseynova Sima Qara qızı, 1944-cü il təvəllüdlü, tor qişanın və görmə sinirinin patologiyası şöbəsinin rəhbəri, baş elmi işçi.
1968-ci ildə fərqlənmə ilə Azərbaycan Dövlət Tibb institutunun müalicə-profilaktika fakultəsini bitirib. 1968-1974-cü illərdə SSRİ TEA akad. N.Burdenko adına elmi-tədqiqat institutunda məqsədli ordinatura və aspirantura kursları keçib. 1974-cü ildə «Kəllədaxili neyrooftalmoloji qansızmalar» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 60-dan artıq elmi məqalənin müəllifidir.
Aşağıda qeyd olunan elmi məclislərdə iştirak edib:
- Gənc neyrocərrahların Ümumittifaq elmi konfrans, 1972, 1973-cü illər;
- Qazağıstan və Orta Asiya neyrocarrahlarının elmi konfrans, 1973-cü il;
- Neyrocərrahların Ümumittifaq qurultayı, 1973-cü il;
- Təbabətdə kriogen texnikasının tətbiqi üzrə Ümumittifaq konfrans, 1980-ci il;
- Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda keçirilən elmi konfranslar;
- Respublikada keçirilən elmi konfranslar;
- Moskva şəhərində keçirilmiş neyrooftalmoloji elmi-praktiki konfranslar;
- «İnsan və dərman» VIII Rusiya milli konqres, Moskva şəh., 2001-ci il;
- Oftalmocərrahiyyə üzrə II Avro-Asiya konfrans, Yekaterinburq şəh., 2001-ci il;
- Cənubi Qafqaz ölkələrinin onkoloqlarının II konqres, Bakı şəh., 2001-ci il;
- «Dərman vəsaitlərinin kliniki müayinələri» I Beynəlxalq konfrans, Moskva şəh., 2001-ci il;
- Ukrayna oftalmoloqlarının X qurultayı, Odessa şəh., 2002-ci il;
- «Təbabətdə və immunologiyada reabilitasiya» VII Beynəlxalq konfrans, Kann, 2002-ci il;
- «Oftalmologiyada proliferativ sindrom» II Beynəlxalq konfrans, Moskva şəh. 2002-ci il;
- «Orbitanın xəstəlikləri, yenitörəmələri və travmatik zədələri» VII Beynəlxalq simpozium, Moskva şəh., 2005-ci il;
- VII Avropa neyro-oftalmoloji konqress, Moskva şəh., 2005-ci il və s.
Tor qişanın və görmə sinirinin dammar iltihabı və degenerativ xəstəlikləri problemi ilə, neyrooftalmologiya məsələləri ilə, tor qişanın və görmə sinirinin xəstəliklərinin diaqnostikasının funksional üsulları (elektrofizioloji) məsələləri ilə, oftalmoonkologiya və oftalmoendokrinologiya problemləri ilə məşğuldur.
|