 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
 Zərgərli İlham Ağasəf oğlu
-1972 ci Azərbaycan Tibb İnstitutuna qəbul olub,1978 ci ildə isə oranı bitirib.
-1979-1982 ci illər Salyan şəhəri Mərkəzi xəstəxanasında müxtəlif sahələrdə ("təcili yardım", qanköcürmə, poliklinika) çalışmışdır.
-1983 cü il oftolmologia üzrə ixtisaslaşma kurslarını bitirmişdir və 1986 ci ilə kimi Rayonlararası Göz Xəstəxanasında söbə müdiri kimi fəaliyyət göstərmişdir.
Yüksək kateqoriyali həkimdir.
-1986 ci il ak Z.Əliyeva adına Az.GXETI-nun aspiranturasına(əyani)daxil olmuşdur.
-1989 cu ildə Tbilisi şəhərində "Şüşəvari cisimdə qansızmalar zamanı lipidlərin peroksidləşməsinin müxtəlif antioksidantlarla korreksiyasi" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
-1990 ci ildən " Gözün zədəsi və rekonstruktiv cərahiyyə mərkəzində" baş elmi işci vəzifəsində fəaliyyətdədir.
40-dan cox məqalənin və 2 metodik tövsiyyənin müəllifidir (Dessemet təbəqəsinin qopması ilə fəsadlaşmış buynuz qişasının zədələnmələrində iltihabi fəsadlarin müalicəsində bioptron işıq terapiyasi və bioortüklərin birgə işlənmə taktikası, "Buynuz qişasının xorasının fototerapiyası", "Hemoftalin müalicə taktikasina dair", "Sifətin orta sahəsinin zədələri zamanı xroniki dakriosistit kimi fəsadların cərrahi və bioptron isıq terapiyasının kombinə edilməsi haqqında " və bir çox başqaları)
Apardığı cərahhi əmaliyyatlar:
-göz almasının və gözün köməkci aparatının yaralanmalarının mikrocərahiyyəsi.
-İntraokulyar linzaların implantasiyası
-antiqlaukomatoz mikrocərrahi əməliyyatlar.
-yaş yolları patologiyası zamanı(dakriosistitlər, yaş kanalcıqlarının darlaşması və strukturası,yaş nöqtələrinin darlaşması və s.)cərrahi əmaliyyatlar- xarici dakriosisforinostomiya, kanalikulosistorinostomiya,lakosistorinostomiya və s.
Əsəs istiqamət
Yaxın gələcəkdə (1-1.5 il) yaş yollarının patologiyası zamanı Lazer cərahiyyəsinin tətbiqi.
|
|