Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə



Qəhrəmanov Fikrət Sultan oğlu, 1948-ci il təvəllüdlü, azərbaycanlı, tibb elmləri namizədi, baş elmi işçi.
1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun pediatriya fakultəsinə daxil olub. 1974-cü ildə həkim-pediatr ixtisası üzrə internatura kursunubitirdikdən sonra təyinatla Sumqayıt şəhəri səhiyyə sistemində əvvəlcə həkim-pediatr, 1979-cu ildən həkim-oftalmoloq vəzifəsində çalışıb (1979-1997-ci illər). 1982-ci ildən 1997-ci ilə kimi Sumqayıt şəhər oftalmologiya xəstəxanasının baş həkimi vəzifəsində işləyib. 1997-2002-ci illər Bakı şəhəri Mərkəzi Hərbi Hospitalda həkim-ordinator, 2002-ci ildən hazırki dövrə qədər akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun gözün zədəsi, plastik və rekonstruktiv cərrahiyyəsi şöbəsinin rəhbəri vəzifəsində çalışır.
1986-1989-cu illər Moskva şəhəri Helmholts adına ETGX institutunda dissertantolub və 1989-cu ildə «göz xəstəlikləri» ixtisası üzrə «İstehsalatla bağlı gözün kimyəvi yanıqlarının xüsusiyyətləri, onların profilaktikası və patogenetik əsaslı müalicəsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Hazırda «Gözün yanıqları zamanı antioksidant müalicə» mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.
40-dan artıq elmi məqalənin, yanıqların müalicəsi üzrə 2 monoqrafiyanın:
- «Gözün yanıq travması», 1989, Moskva, 199 səh.;
- «Gözün yanıqları, patogenezi və müalicəsi», 2005, Moskva, 461 səh.;
4 metodik tövsiyənin (gözün travması üzrə) müəllifidir.
Göz xəstəliklərinin müalicəsinə dair dəfələrlə Moskva, Rostov, Bakı şəhərində aparıcı elmi-tədqiqat mərkəzlərində iş yerləri keçmiş.
1989-1990-cı illərdə Soçi-Doqomıs Beynəlxalq oftalmoloji konfransların; 1983-2006-cı illərdə Moskva şəhərində dəfələrlə gözün müxtəlif patalogiyasına dair simpozium və konfranslarda iştirak edib. Oftalmologiya üzrə IV Beynəlxalq qurultayın (Aşqabad, 1988) iştirakçısı olub.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi