Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


Qasımov Elmar Mustafa oğlu 1962-ci ildə anadan olub, 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1987-ci ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutun internaturasında hazırlıq keçib və 1994-cü ildə həmin institutun aspiranturasını bitirib. O, 1998-ci ildə S.N.Fyodorov adına «Gözün mikrocərrahiyyəsi» Elmi-texniki Oftalmoloji kompleksində «Azərbaycanda qlaukoma nəticəsində korluğun və əlilliyin tibbi-sosial aspektləri» mövzusunda namizədlik dissertasiyasını və akad. A.P.Nesterovun rəhbərlik etdiyi Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında 2003-cü ildə «Kvant generatorun yeni növü – mis buxarı əsasında işləyən lazer və onun oftalmologiyada tətbiqinin imkanları» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, 63 elmi işin, o cümlədən 6 patentin müəllifidir. E.M.Qasımov yüksəkixtisaslı mütəxəssis, gözəl cərrah olaraq dünyada oftalmocərrahiyyədə qəbul edilmiş yeni texnologiyaları, o cümlədən tikişsiz aparılan oftalmocərrahiyə üsullarını və fakoemulsifikasiya üsulunu, öz fəaliyyətində müvəffəqiyyətlə tətbiq edir. 2005-ci ilin noyabr ayından akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunun direktor vəzifəsinə təyin olunub.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi