Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


GÖZÜN ZƏDƏSİ, PLASTİK VƏ REKONSTRUKTİV CƏRRAHİYYƏSİ MƏRKƏZİ

Gözün zədəsi, plastik və rekonstruktiv cərrahiyyəsi şöbəsi institutun ən çətin vəzifəli bölmələrindən biridir. Şöbənin bütün mövcud olduğu dövr ərzində onun əməkdaşları göz travmatizminin çox mürəkkəb problemləri ilə üzləşərək onları müvəffəqiyyətlə həll etmişlər.
Gecə-gündüzlü təcili yardımın təşkili, klinikada ən müasir avadanlığın mövcudluğu, travmadan sonrakı ən erkən dövrdə xəstələrin müalicəsi üçün optimal şərait yaradır.
Yüksəkixtisaslı kadrlar, zədələnmiş gözdə patoloji prosesin xüsusiyyətləri üzrə elmi tədqiqatların aparılması, effektiv müalicə üsullarının axtarışı və işlənilməsi şöbə işinin, görmə orqanının travması olan pasiyentlərin müvəffəqiyyətli reabilitasiyasının əsasını təşkil edir.
XX əsrin 50-60-cı illərində şöbədə sənayedə və kənd təsərrüfatında göz travmatiziminə dair tədqiqatlar araşdırılmışdır. Yod və qaz istehsalatında peşə göz xəstəliklərinin səbəbləri araşdırılmışdır və bunun nəticəsində görmə orqanına kimyəvi reagentlərin toksik təsirinin azaldılması üzrə tövsiyələr hazırlanmışdır; kənd təsərrüfatında göz travmatiziminin azaldılması və mümkün dərəcədə ləğv edilməsi yolları haqda da metodik tövsiyələr işlənilmişdir (Ş.İ.İsmayılzadə, A.A.Şərifzadə, Z.M.Əliyeva, D.H.Axundova, Ş.R. Səfərli).
60-70-ci illərdə şöbənin əməkdaşları posttravmatik gözdaxili qansızmalar zamanı lipidlərin peroksid oksidləşməsi proseslərinə dair eksperimental tədqiqatlar aparmışdır. Alınmış nəticələrə əsasən sonralar azad radikal reaksiyaların qansızmaların sorulmasını tezləşdirən antioksidantlarla korreksiyası üzrə klinik müayinələr keçirilmişdir (N.M.Əfəndiyev, A.A.Şərifzadə, Z.M.Əliyev, İ.A.Zərgərli, F.H.Şamilova).
70-ci illərdə şöbədə gözün dəlib keçən yaralanmaların işlənməsində mikrocərrahi üsulların tətbiqi baş vermişdir ki, bu da rekonstruktiv cərrahi əməliyyatların kompleksinin həyata keçirilməsini mümkün etmişdir, o cümlədən ilkin cərrahi işlənməsi zamanı iridoplastika, şişkinləşən kataraktanın ekstraksiyası, vitrektomiya, göstərişlər olduqda isə intraokulyar korreksiya kimi əməliyyatların aparılmasını.
Şəbədə travmatik kataraktaların kiçik kəsiklə və İOL-nın implantasiyası, ehtiyac olduqda isə - linzanın tikilməsi ilə fakoemulsifikasiya metodu tətbiq edilir. Belə hallarda YOL-un dislokasiyası və cərrahi əməliyyatdan sonrakı astiqmatizm istisna olunur və yüksək kliniki-funksional nəticələr əldə edilir (F.H.Şamilova, F.S.Qəhrəmanov, İ.A.Zərgərli, H.K.Namazova, E.S.Hüseynov).
Şöbədə göz almasını dəlib keçən yaralanmaları zamanı xəstələrin immun statusu müayinə edilmişdir. Bu araşdırmaların nəticələri ağır posttravmatik uveitlərin boğulması və simpatik oftalmiya kimi qorxunc fəsadın profilaktikası məqsədi ilə iltihaba qarşı tədbirlər kompleksi ilə birgə müvafiq immun korreksiyanın aparılmasının əsasını təşkil etmişdir.
Buynuz qişanın travmatik zədələnmələri zamanı şöbədə zədələnmiş toxumaların iltihaba qarşı, immuno- və biostimullaşdırıcı, antihipoksik və antioksidant təsir göstərən alçaq intensivli lazer şüalanmasının və zədələnmiş buynuz qişanın mexanik müdafiəsini təmin edən yumşaq kontakt linzaların birgə tətbiqi müvəffəqiyyətlə həyata keçirilir. Bu metod zədələnmiş toxumaların daha tez və daha zərif çapıqlaşması üçün zəmin yaradır, bu da şöbədə aparılmış bir sıra elmi işlər ilə təsdiq olunub.
Kontuzion hemoftalm zamanı şöbənin əməkdaşları bitki və heyvani mənşəli fermentlərlə ümumi enzimoterapiyanı və yeni aztoksikli gemaza fibrinolitikin yerli istifadəsindən ibarət olan müştərək müalicə metodunu tətbiq edirlər (F.H.Şamilova, İ.A.Zərgərli, F.S.Qəhramanov, H.K.Namazova, M.İ.Axundova, S.B.Mirzəyeva, G.Ş.Əliyeva, T.A.Ağabəyova).
Göz travmatizminin profilaktikası yönlü tədbirlərə baxmayaraq, gözün kimyəvi yanıqları indiki zamana qədər ciddi tibbi-sosial problem olaraq qalır, və oftalmotravmotologiyanın ən çətin məsələlərdən biridir. Son onilliklər ərzində şöbədə yanıq prosesinin kəskin fazasının patogenezinə dair eksperimental tədqiqatlar aparılır. Lipidlərin peroksid oksidləşməsinin səviyyəsi, ümumi və yerli hüceyrə və humoral immunitetin vəziyyəti müayinə edilir (F.S.Qəhramanov, Z.A.Məmmədova). Bununla yanaşı yanıq prosesinin əsas mərhələlərinə təsir göstərən dərman preparatlarının axtarışı aprobasiyası aparılır.
Şöbədə plastik oftalmocərrahiyyə və göz protezləşdirilməsi inkişaf edir. Bu işin əsas istiqamətləri orbitanın və göz qapaqlarının deformasiyası olan xəstələrin cərrahi reabilitasiyası, anadangəlmə və travmatik ptoz, anoftalmik sindrom, total simblefaron, gözyaşı yollarının deformasiyaları zamanı effektiv müalicə tədbirlərin işlənilməsidir.
Şöbədə rentgenografiya, diafanoskopiya kimi tanınmış kimi müayinə üsulları ilə birgə gözün zədəsi zamanı ultrasəs diaqnostika, kompyuter tomoqrafiyası, optik-koherent tomoqrafiya, nüvə-maqnit rezonans kimi metodların tətbiqinə xüsusi diqqət yetirilir.
Hal hazırda t.e.n., baş elmi işçi F.H.Şamilova rəhbərlik edir. Şöbədə institutun elmi işlər üzrə direktor müavini, t.e.n., baş elmi işçi H.K.Namazova, t.e.n. F.S.Qəhramanov, t.e.n. İ.A.Zərgərli, t.e.n. M.İ.Axundova, t.e.n. Z.A.Məmmədova, klinika həkimləri : S.B.Mirzəyeva, T.A.Xanbutayeva, T.A.Ağabəyova, G.Ş.Əliyeva, Q.A. Quliyeva, E.R.Quliyev, E.S.Hüseynov, V.A. Haqverdiyeva fəaliyyət göstərirlər.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi