Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


REFRAKSİYA CƏRRAHİYYƏSİ ŞÖBƏSİ.

Refraksiya cərrahiyyəsi mərkəzi 2002-ci ildə yaradılmışdır. Mərkəzin rəhbəri – t.e.d., professor Kərəm Təbriz oğlu Kərimovdur.
Mərkəzdə müasir kompyuterləşdirilmiş müayinə üsulları tədbiq olunur, onların arasında: buynuz qişanın mərkəzi hissəsinin şüasındırma qüvvəsinin obyektiv təyini üçün avtokeratorefraktometriya üsulu, görmə itiliyinin və refraksiyanın təyini üçün vizometriya subyektiv müayinə üsulu, gözdaxili təyziqin ağrısız və tez zamanda ölçülməsi üçün kontaktsız pnevmotonometriya üsulu, görmə sahəsinin yüksək dəqiqliklə ölçülməsi üçün kompyuter perimetriya üsulu, gözdaxili strukturların ölçülərinin və intraokulyar linzaların şüasındırma qüvvəsinin dəqiq təyini üçün ultrasəs biometriya üsulu, buynuz qişasının qalınlığının ölçülməsi üçün paximetriya üsulu, buynuz qişanın dəqiq aberometriyası, yəni ən zəif qüsurların təyini və bunların əsasında topoqrafik xəritəsinin tərtibi, buynuz qişanın tonusunun ölçülməsi üçün kompyüter keratotopoqrafiya üsulu və s.
Buynuz qişada olan dəqiq və təfsilatlı təhlil nəticəsində alınan müayinə cavablarının köməyi ilə diaqnozun qoyulması asanlaşır və müayinə düzgün səmtdə aparılır.
Müasir müayinə üsulları ilə paralel olaraq mərkəzdə müasir müalicə üsulları tətbiq edilir, ən yeni avadanlığın vasitəsi ilə müasir cərrahi əməliyyatlar aparılır. Bu avadanlığın nümunələri İsveçrənin məşhur Oertli şirkətinin istehsalı olan OS3 və Catareks fakoemulsifikatorlarıdır. Həmin fakoemulsifikatorlar vasitəsi ilə bulanmış büllur anesteziyasız və kəsiksiz çıxarılır, onun yerinə isə yüksək keyfiyyətli injektorla intraokulyar linza qoyulur, bunların nəticəsində də əməlliyyat optik qüsur yaratmadan, refraksiyaya təsir etmədən keçirilir.
2001-2005-ci illərdə şöbənin elmi fəaliyyəti «Gözün optik mühitlərinin bəzi xəstəliklərinin xüsusiyyətləri, onların profilaktikası və reabilitasiyası» mövzusu çərçivəsində şəkərli diabeti olan xəstələrin tibbi-iqtisadi reabilitasiyasında fakoemulsifikasiya üsulu ilə aparılmış kataraktanın cərrahi müalicənin əhəmiyyəti öyrənilmişdir, Azərbaycan Respublikasında açıq bucaqlı qlaukomalı və kataraktalı xəstələrdə fakoemulsifikasiya metodunun tətbiqinin nəticələri qiymətləndirilmişdir, fakoemulsifikasiyanın fəsadlarının profilaktikikası və müalicəsi metodları işlənilmişdir.
2006-2010-cu illərdə mərkəzdə «Gözün optik sistemi xəstəliklərinin fəsadlarının profilaktikası, kompleks müalicəsi və fiziki-kimyəvi mexanizmin tədqiqi» mövzusu üzrə diabetik katarakta zamanı makulyar və paramakulyar ödəmin profilaktikası və müalicəsinin müasir aspektləri, müalicəsinin effektivliyi öyrəniləcək, fakoemulsifikasiya cərrahi əməliyyatı fəsadlarının profilaktikası və müalicəsi üsulları üsulları işləniləcək.
Şöbədə 18 əməkdaş – 2 tibb elmləri doktoru (t.e.d., prof. Kərimov K.T., t.e.d. Hacıyeva S.A.), 5 tibb elmləri namizədi (t.e.n. Ağayev M.M., t.e.n. Rüstəmova N.M., t.e.n. Barxudarova E.İ., t.e.n. Ağamoğlanova N.R., t.e.n. Sultanova A.İ.) və klinikanın 12 həkim-oftalmoloqu fəaliyyət göstərir.
Mərkəzdə xarici həmkarlarla və elmi cəmiyyətlər ilə sıx əlaqələr yaradır, beynəlxalq konfranslarda iştirak edilir, elmi işləri dünya oftalmologiya nəşrlərində dərc olunur, elmi-praktiki yeniliklər tətbiq olunur.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi