Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


BÜLLURUN PATOLOGİYASI MƏRKƏZİ

Akademik Z.Əliyeva adına Azərbaycan ET Göz Xəstəlikləri İnstitutunda bu şöbənin təməli 1967-ci ildə qoyulmuşdur və o zaman bu şöbə toxuma terapiyası və keratoplastika şöbəsi adlanırdı. Şöbəyə məharətli, yüksək qabiliyyətə malik olan cərrah t.e.n. B.B.Novruzova rəhbərlik edirdi.
A.V.Litvinova, K.H.Şəbüstari, S.H.Hüseynova burada fəaliyyət göstərirdilər. 1976-cı ildən şöbəyə eksperimental-klinik oftalmocərrahiyyə şöbəsi adı verildi və bununla Azərbaycanda oftalmocərrahiyyə sahəsində mikrocərrahiyyənin təməli qoyuldu. 1976-1984-cü illərdə şöbənin kliniki işi üzrə müdiri vəzifəsində A.V.Litvinova çalışırdı.
Mikrocərrahiyyə şöbəsinin yaranması və inkişafında institutun 1957-1998-ci illərdə direktoru, respublikanın əməkdar həkimi, professor N.M.Əfəndiyevin çox böyük xidmətləri olmuşdur. Texnoloji imkanların artması, yüksək keyfiyyətli cərrahi mikroskopların, mikrocərrahiyyə alətlərinin, süni büllurun və tikiş ləvazimatlarının müasir növlərinin əldə olunması mikrocərrahiyyənin daha da inkişaf etməsinə təkan verdi.
Sonrakı illərdə mikrocərrahiyyənin inkişafı nəticəsində göz xəstəlikləri cərrahiyyəsində gözəl nailiyyətlər əldə edilməyə başlandı.
Qlaukoma, buynuz qişanın patologiyasında aparılan keratoplastika əməliyyatı, büllurun patalogiyasında aparılan cərrahi əməliyyatlar, xüsusilə də gözdaxili süni büllurun implantasiyası zamanı mikrocərrahiyyə metodikası əvəzsiz oldu. Şöbədə elmi-tədqiqat işləri əsasən göz almasının müxtəlif patologiyası zamanı şüşəvari cismin biokimyəvi, biofiziki və morfoloji xüsusiyyətlərinin öyrənilməsinə, eləcə də süni optik konstruksiyalar və müasir plastik materiallardan istifadə etməklə göz almasında reabilitasiya xarakterli optiki-rekonstruktiv mikrocərrahi əməliyyatların yeni üsullarının işlənib hazırlanmasına həsr olunmuşdur.
1984-cü ildən şöbəyə rəhbərlik tibb elmləri namizədi Ağayev Misirxan Muradxan oğluna tapşırılmışdır.
Hal-hazırda digər mərkəzlərdə işləyən həkimlər bu mərkəzdə çalışmış və mikrocərrahiyyənin incəliklərinə yiyələnmişlər. Bunlardan professor K.T.Kərimovun, t.e.d. A.Ə.Əhmədovun, t.e.n. F.H.Şamilovanın, t.e.n. İ.A.Zərgərlinin, t.e.n. R.Ə.Quliyevin və başqalarının adlarını çəkmək olar. İlk illərdən başlayaraq mərkəzdə Bakı şəhərinin digər klinikalarından, o cümlədən başqa şəhər və rayonlarında işləyən həkimlər, xaricdən gələn oftalmoloqlar mikrocərrahiyyə üsullarına yiyələnmişlər.
2006-cı ildən şöbəyə büllurun patologiyası mərkəzi adı verildi. Mərkəzin hazırki müdiri Ağayev M .M. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir, 1973-1974-cü illərdə Azərbaycan Oftalmologiya İnstitutunda internatura, 1976-1978-ci illərdə isə kliniki ordinaturada hazırlıq keçmişdir. 1983-cü ildə Helmholts ad.ETGX İnstitutunda qiyabi aspiranturanı bitirmişdir, və həmin ildə «Buynuz qişanın dəlib keçən və cərrahi əməliyyat yaralarının sağalmasında ön kamera mayesinin əvəzedicilərinin müqayisəli öyrənilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildən kataraktanın mikrocərrahiyəsi ilə məşğuldur, 30 elmi işin və 4 səmərələşdirici təklifin müəllifidir.
Ümumiyyətlə mərkəzin əməkdaşları tərəfindən 8 namizədlik dissertasiya müdafiə olunmuşdur.
Hal-hazırda büllurun patologiyası mərkəzində t.e.n. İ.B.Səmədova, t.e.n. R.B.Ağayeva, t.e.n. N.M.Rüstəmova, t.e.n. N.R.Ləmbəranskaya, t.e.n. N.R.Ağamoğlanova, Ş.Y.Məmmədov, A.N.Qarayev, C.N.Kazımova, A.T.Nəbiyeva, S.S.Abbasova, Ş.B.Paşayeva, S.R.Məcidova, A.N.Məmmədzadə, N.R.Hümbətova çalışırlar.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi