GÖZÜN LAZER CƏRRAHİYYƏSİ VƏ ELMİ-TƏDRİS MƏRKƏZİ
Şöbənin rəhbəri – tibb elmləri namizədi, baş elmi işçi Kərimov Rüstəm Əli oğlu
Lazer şöbəsinin tarixi 1981- ci ildən başlayır ki, həmin zaman institutun zədə şöbəsinin nəzdində tibb elmləri namizədləri R.Ə.Kərimov və S.Q.Hüseynovadan ibarət olan lazer cərrahiyyəsi qrupu təşkil edildi. Qrupun rəhbəri t.e.n. R.Ə.Kərimov olmuşdur.
Həmin dövrdə lazer şöbəsi 2 ədəd «OK-2» nişanlı rubin lazer və 2 ədəd «Yataqan» Nd-YAG lazerlə təchiz olunmuşdur. Lazer üsulu ilə müalicə diabetik retinopatiya, tor qişanın qopması, tor qişanın periferik degenerasiyası, ön kameranın periferik sistlərı, zədədən və ya iltihabi xəstəlikdən sonra süni bəbəyin formalaşması üçün geniş tətbiq edilirdi. Şəhərin bütün qadın məsləhətxanaları ilə əlaqə yaradılmışdır. Bu əlaqənin köməyi ilə yüksək miopiyalı hamilə qadınlar aşkara çıxarılır və onlara tor qişanın qopmasının profilaktikası məqsədilə tor qişanın periferik lazerkoaqulyasiyası edilirdi. 1983-cü ildə akademik Zərifə xanım Əliyevanın təşəbbüsü və səylri nəticəsində Respublika Oftalmoloji Lazer Mərkəzi (ROLM) yaradılmışdır.
Akademik Z.Əliyevanın himayəsi və bilavasitə iştirakı sayəsində ROLM Rodenştok şirkətinə məxsus «LPK» arqon və flüorussent angioqrafiya müayinələrin aparılması üçün qurğu ilə təchiz olunmuş «OPL-4» Nd-YAG lazeri əldə edilmişdir. Bütün bunlar lazer mərkəzinin imkanlarını genişləndirilmişdir.
1983-2002-ci illərdə şöbədə qeyd olunan lazer qurğuları ilə yanaşı kiçik intensivli enerjili Helium-Neon lazer də tətbiq olunmuşdur. Buynuz qişanın iltihabi xəstəliklərinin, kataraktanın ekstraksiyası cərrahi əməliyyatından sonrakı fəsadların, ön uveitlərin müalicəsi üçün imkanlar yaradılmışdır, makulodistrofiyanın makula sahənin destruktiv dəyişiklikləri olmadan müalicəsi mümkün oldu, qlaukomanın, ikincili kataraktanın, göz dibinin diabetik zədələnmələrinin, həmçinin tor qişanın mərkəzi cırıqlarının qansız üsulla müalicəsi üçün də imkanlar yaradıldı. Arqon- və YAQ-lazerlərin birgə tətbiqi optik rekonstruktiv əməliyyatların imkanları da genişlənmişdir, ikincili katarakta zamanı YAQ lazer ilə dərin təbəqələli dissiziya əməliyyatının orijinal metodu işlənilmişdir, gözün dəlib keçən yaralanmalarının lazer müalicəsi aparılmışdır.
Hal-hazırda lazer cərrahiyyəsi və elmi-tədris şöbəsində gözün ön seqmentinin dəlib keçən yaralanmaları nəticələrinin korreksiyası üçün lazer-rekonstruktiv əməliyyatlar işlənilir.
1988-ci ildən mərkəzdə N.R.Ləmbəranskaya və N.A.Bağırov, 1999-cu ildən isə A.M.Şahmalıyeva işləyirlər. Bu əməkdaşlar tərəfindən gözün patologiyasına həsr olunmuş namizədlik və 1 doktorluq dissertasiyaları müdafiə olundu.
t.e.n. R.Ə.Kərimov başçılıq edir.
2006-2010-cu illərə tutulmuş plana əsasən «İkincili kataraktanın əmələ gəlmə mexanizmi, profilaktikası və müalicə taktikası» mövzusu üzrə tədqiqatlar aparılacaq, onların arasında ikincili kataraktanın müalicəsində kapsuloreksis üsulunun və YAQ-lazerlə aparılan dissiziya üsulunun effektivliyi öyrəniləcək.
|