TOR QİŞANIN VƏ GÖRMƏ SİNİRİNİN PATOLOGİYASI ŞÖBƏSİ
1967-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun elmi bölməsi üç ixtisaslandırılmış şöbədən ibarət idi, bunlardan biri üçüncü şöbə - terapiya şöbəsi olmuşdur. Bu şöbənin fəaliyyəti vətən oftalmologiyasına şöhrət qazanmış alimlərin adları ilə bağlıdır, bunların arasında şöbənin birinci elmi rəhbəri, geniş zəkalı alim, yüksəkixtisaslı mütəxəssis, görkəmli ictimai xadim kimi tanınmış professor Ü.M.Musabəyova, görmə üzvünün fiziologiyasına həsr olunmuş elmi işləmələrinə əsas qoymuş gözəl alim, həkim, pedaqoq, şöbənin 1957-1960-cı illərdə rəhbəri professor Q.Ə.Adıgözəlova-Polçayeva, Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran böyük alim və həkim, gözəl insan akademik Z.Ə.Əliyeva, görkəmli elmi və ictimai xadim professor Z.T.Quliyeva, tanınmış alim, gözəl mütəxəssis professor H.M.Nəsrullayeva fəaliyyət göstərmişlər.
O zaman terapiya şöbəsinin elmi fəaliyyətinin əsas istiqaməti görmə orqanının fiziologiyasının öyrənilməsi olmuşdur. Şöbə əməkdaşlarının elmi-tədqiqat fəaliyyəti nəticəsində uzağa akkomodasiyanın mövcudluğu təsdiq edilmişdir (Ü.M.Müsabəyova, Q. Ə.Adıgözəlova-Polçayeva), görmə orqanının rəng duyğusu (Z.T.Quliyeva), tor qişanın funksional mobilliyi (H.M.Nəsrullayeva) tədqiq edilmişdir.
Bunlardan əlavə şöbədə bir sıra gözəl, özləri haqda xoş xatirələr qoymuş mütəxəssislər işləmişdir, onlardan Ş.S.Əlimərdanovanı, Ə.C.Ələkbərovanı, T.Ə.Səfərovanı, S.A.Milmanı xüsusi olaraq qeyd etmək olar.
Ş.S.Əlimərdanovanın namizədlik dissertasiyası gözdən kənar lokalizasiyalı xərçəngi olan xəstələrdə bəzi görmə funksiyalarının və göz dibinin dəyişikliklərinə həsr olunmuşdur. Ş.S.Əlimərdanova institutda fizioterapiya xidmətinin təməlini qoymuşdur, ona rəhbərlik göstərmişdir və burada respublika oftalmoloji şəbəkəsi üçün fizioterapevt kadrları hazırlamışdır. Ş.S.Əlimərdanova Azərbaycanda ilk dəfə göz xəstəliklərinin ultrasəslə diaqnostikasını və müalicəsini tətbiq etmişdir.
Ə.C.Ələkbərova traxoma ilə mübarizədə böyük zəhmət sərf etmişdir. Gözəl cərrah olaraq, Ə.C.Ələkbərova müxtəlif, o cümlədən traxoma fəsadlarının aradan götürülməsi ilə bağlı cərrahi əməliyyatları aparmışdır. Şöbədə T.Ə. Səfərova və S.A.Milman kimi yüksək təcrübəli həkimlər də çalışıb, şöbənin tarixində əhəmiyyətli iz qoyublar.
1967-ci ildən terapiya şöbəsi gözün sinir-damar patologiyası şöbəsi adlandırılmışdır və bu şöbəyə 2005-ci ilədək, ömrünün axırına qədər, Əməkdar elm xadimi, professor H.M.Nəsrullayeva başçılıq etmişdir. Onun rəhbərliyi altında keçmiş əsrin 70-80-ci illərində şöbədə hipertoniya xəstəliyi, şəkərli diabet, diabetik katarakta, tor qişa damarlarının trombozu zamanı görmə üzvünün hemo- və hidrodinamikası və patogenezinin digər tərəfləri, makulodistrofiyanın müxtəlif formalarının patogenezi və müalicə metodları, tor qişanın distrofik və iltihabi xəstəliklərinin, damarlı yolun iltihabi xəstəliklərinin müalicə metodları işlənilmişdir.
1990-2000-ci illərdə şöbə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Qarayev ad. Fiziologiya institutunun əməkdaşları ilə birgə oftalmologiyada zəfəran bitkisinin müalicəvi imkanlarının öyrənilməsi ilə məşğul olmuşdur.
2006-cı ildən şöbədə tor qişanın və görmə sinirinin vaskulitləri, diabetik retinopatiya zamanı makulanın ödemi, müxtəlif genezli optik neyropatiyalar kimi gözün ağır xəstəliklərinin diaqnostikası və müalicəsi problemləri üzrə tədqiqatlar aparılmışdır ki, bunların nəticəsində aşağıdakı 4 monoqrafiya dərc edilmişdir: «Селен и зрение» (Г.Б.Абдуллаев, Н.А.Мушкина, Г.М.Несруллаева, П.С.Мелик-Асланова, Баку, 1972), «Диабето-гипертонические поражения глаз » (Г.М. Несруллаева, Т.С.Агаева, Э.А.Абдуллаева, Ш.А. Алиева, Баку, 1991), «Острые сосудистые заболевания сетчатки и зрительного нерва» (Г.М.Несруллаева, Баку,1999), «Центральный ретинальный фибропластический синдром» (Агаева Т.С., Баку, 2002).
«Gözün tor qişasının müalicəsi», Q.B.Abdullayev, Q.M.Nəsrullayeva, P.S.Məlik-Aslanova (Р 960053, Бакы, 1993), «Способ определения степени поражения глаз при сахарном диабете», Т.С.Агаева, (№ 1346149, ВНИИГПЭ, Москва, 1987), «Метод лечения катаракты», Т.С.Агаева, (№ 990114, Баку, 1996), «Способ исследования прозрачных сред глаза», Т.С.Агаева, (№ I 2006 0112, Баку, 2006) təkliflər üzrə müəlliflik şəhadətnaməsi, «Метод терапевтического лечения начальной стадии катаракты больных сахарным диабетом», Б.Р.Бабаева, Г.М.Несруллаева, П.С.Мелик-Асланова (№ 120010065, Баку, 2001) təklifi üzrə patent arayışı alınmışdır, 9 metodik tövsiyələr dərc edilmişdir.
1966-сı ildən aşağıdakı 7 dissertasiya müdafiə edilmişdir:
- “Цветовое зрение и влияние на него остроты зрения, рефракции и аккомодации”, З.Т.Кулиева, Баку, 1967, doktorluq dissertasiyası;
- “Функциональное состояние зрительного анализатора при патологии заднего отдела глаза”, Г.М.Несруллаева, Баку, 1968, doktorluq dissertasiyası;
- «Изменения некоторых зрительных функций и офтальмоскопической картины глазного дна у больных с раком внеглазной локализации» Ш.С.Алимарданова, 1966, Баку, namizədlik dissertasiyası;
- «Гидродинамика глаза при сахарном диабете (клинико-морфологические и гистохимические исследования)», Маликова Р.Р., Баку, 1972, namizədlik dissertasiyası;
- «Особенности гемо-гидродинамики глаза при гипертонической болезни», Э.А.Абдуллаева, Баку, 1980, namizədlik dissertasiyası;
- «Исследование состояния регионарной гемодинамики глаза при диабетической ретинопатии», Т.С.Агаева, Москва, 1989, namizədlik dissertasiyası;
- «Изучение некоторых сторон патогенеза макулодистрофий и лечебный эффект акупунктуры при этих заболеваниях», З.А.Фарзалиева, Баку, 2004, namizədlik dissertasiyası.
2006-cı ildən şöbəyə tibb elmləri namizədi, baş elmi işçi, Hüseynova Sima Qara qızı, rəhbərlik göstərir. S.Q.Hüseynova 1944-cü ildə anadan olub, 1968-ci ildə N.Nərimanov ad. Azərbaycan Dövlət Tibb institutunu bitirib, 1974-cü ildə o, Moskva şəhərində N.N.Burdenko ad. ET neyrocərrahiyyə institutunun aspiranturasını bitirərək «Нейроофтальмологические симптомы при внутримозговых кровоизлияниях» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
S.Q.Hüseynova tor qişa və görmə sinirinin patologiyası, neyrooftalmologiya, oftalmoendokrinologiya və oftalmoonkologiya sahələrində yüksəkixtisaslı mütəxəssisdir. O, Respublikada ilk dəfə olaraq, oftalmologiyada lazer müalicə metodlarını gözün şiş xəstəliklərinin mikrocərrahi müalicəsi metodlarını, gözün plastik cərrahiyyəsi üzrə ümumrusiya mərkəzinin işləməsi olan tor qişa və görmə siniri xəstəliklərinin alloplantların istifadəsi ilə cərrahi müalicə metodlarını institutda tətbiq etmişdir.
S.Q.Hüseynovanın təşəbbüsü və səyləri nəticəsində 2005-ci ildən institutda tor qişanın və görmə sinirinin funksional vəziyyətinin elektrofizioloji müayinə üsulları (elektroretinoqrafiya və çağırılmış görmə potensiallarının təyini) tətbiq edilir, klinik təcrübədə çağırılmış potensiallar üzrə beynəlxalq tövsiyələrə uyğun olan beynin çağırılmış eşitmə və somatosensor potensialların təyini həyata keçirilir.
S.Q.Hüseynova 80-dən artıq elmi əsərin, o cümlədən 5 səmərələşdirici təklifin müəllifidir, beynəlxalq oftalmoloji konfrans və konqreslərin işində fəal iştirak edir, VIII Avropa neyrooftalmoloji konqresin mükafatı ilə təltif olunub (İstanbul, 2007)
Tibb elmləri namizədi, baş elmi işçi Tamilla Sultan qızı Ağayeva, 1940-cı il təvəllüdlü, şöbədə aparıcı elmi işçi vəzifəsində çalışır. T.S.Ağayeva 1963-cü ildə N.Nərimanov ad. Azərbaycan Dövlət Tibb institutunu bitirib. 1969-cu ildə Azərbaycan ET göz xəstəlikləri institutunun aspiranturasını bitirmişdir,1990-cı ildə Helmholts ad. Moskva ET göz xəstəlikləri institutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, şəffaf buynuz qişada damarların yeni törəməsi şəkildə olan şəkərli diabet zamanı yaranan toxumaların hipoksiyasına qarşı kompensator reaksiyanı kəşf etmişdir, şəkərli diabeti olan xəstələrdə tor qişada baş verən zədələnmələri əks etdirən gözün ön seqmentinin mikrosirkulyator dəyişikliklərinin təsnifatını işləmişdir. 1980-ci ildə T.S.Ağayeva respublikada ilk dəfə olaraq, göz dibinin flyuoressent angioqrafiyasını tətbiq etmişdir. 1991-ci ildən T.S.Ağayeva gözün bir sıra xəstəliklərində alyuminium zəyinin 0,5% məhlulunu müalicə təsirinin tədqiqi ilə məşğuldur. T.S.Ağayeva 1 monoqrafiyanın, 181 çap olunmuş məqalənin, 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. Azərbaycanda Türk ölkələrinin oftalmoloqlar cəmiyyətinin nümayəndəsidir.
Hal-hazırda tor qişa və görmə sinirinin patologiyası şöbəsi həm elmi fəaliyyətinin xüsusiyyətlərinə görə, həm də gözün arxa şöbəsi patologiyasının diaqnostika və müalicəsi imkanlarına görə öz sahəsində respublikada aparıcı mövqe tutur.
Şöbənin müalicə etdiyi patologiya növləri aşağıdakılardır:
- tor qişanın və görmə sinirinin müxtəlif mənşəli damar və iltihabi xəstəlikləri (tor qişanın qan dövranının kəskin və xronik pozulmaları, gözün işemik sindromu, yaşla əlaqədar olan makulodistrofiya, retinitlər, vaskulitlər)
- gözün diabetik zədələnmələri (diabetik retinopatiya və onun fəsadları, tor qişanın işemiyası, neovaskulyarizasiyası, makulyar ödem)
- tor qişanın və görmə sinirinin irsi və anadangəlmə xəstəlikləri (tor qişanın periferik və mərkəzi tapetoretinal distrofiyaları, tor qişanın kolbacıqlar və çubuqcuqlar sisteminin disfunksiya və distrofiyası, Leber anadangəlmə amavrozu, irsi vitreoretinal distrofiya, Kouts xəstəliyi, Leber optik neyropatiyası və b.)
- neyrooftalmoloji xəstəliklər (görmə sinirinin müxtəlif mənşəli bulbar və retrobulbar nevritləri, dağınıq skleroz zamanı görmə sinirinin zədələnməsi, görmə sinirinin toksik zədələnmələri və atrofiyası, optik-xiazmal araxnoidit, görmə yolunun beyin qabığı səviyyəsində zədələnmələri və b.)
- endokrin oftalmopatiya, orbitanın şişləri və yalançı şişləri
İnstitutun müasir diaqnostik və müalicəvi avadanlıqla təchiz edilməsi ilə əlaqədar şöbədə müasir diaqnostik müayinələrin aparılması mümkün olmüşdur, bunların arasında oftalmobiomikroskopiya, kompyuter perimetriya, tor qişanın və görmə analizatorunun elektrofizioloji müayinələri, flyuoressent angioqrafiya, optik koherent tomoqrafiya, ultrason A/B-skan müayinələri, kompyuter tomoqrafiya və b.
Şöbədə medikamentoz, fizioterapevtik (elektro- və fonoforez, maqnitoterapiya), lazer və cərrahi metodlar, xorioideyanın və görmə sinirinin reovaskulyarizasiyasına, vaskulogenezin stimullaşdırılmasına, gözün arxa qütbünün möhkəmləndirilməsinə yönəldilmiş Alloplant biomateriallarının istifadəsi ilə aparılan regenerativ cərrahiyyə, ozonoterapiya, girudoterapiya, plazmaferez, hemosorbsiya tətbiq edilir.
Şöbənin təcrübi işinin əsas prinsipləri tibbi xidmətin yüksək keyfiyyətinin təmin edilməsindən, profil patologiyanın diaqnostikası və müalicəsinin yeni metodlarının tətbiqindən ibarətdir.
|