Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


BEYNƏLXALQ ŞÖBƏ

2007-ci ildə təşkil olunmuş Beynəlxalq Şöbə İnstitutun ən yeni mərkəzlərindən biridir. Hal-hazırda şöbədə iki nəfər fəaliyyət göstərir. Şöbəyə  t.e.n. Ağayeva Rəna Böyükkişi qızı rəhbərlik edir.
Şöbənin fəaliyyətinin əsas istiqamətləri:

  • Respublika daxili və beynəlxalq miqyaslı konfransların, konqreslərin və simpoziumların təskil edilməsi və keçirilməsi;
  • Beynəlxalq səviyyəli elmi tədbirlərdə və müxtəlif mübadilə proqramlarında iştirak etmək məqsədi ilə İnstitut tərəfindən dəvət olunmuş xarici vətəndaşların dəstək edilməsi;
  • Oftalmologiyanın əsas problemləri üzrə respublikanın və institutun elmi əsər toplularının planlaşdırılması və nəşrə hazırlanmasında iştirakı;
  • Tibbin və tibbi praktikanın ən yeni nailyyətləri haqqında informasiyanın təqdim edilməsi;
  • Oftalmologiyanın əsas istiqamətləri üzrə məlumat bazasının yaradılması;
  • Müxtəlif beynəlxalq informasiya fondları tərəfindən əldə edilmiş informasiyanın təqdim edilməsi (tammətnli məqalələr, konfransların icmalı və s.);
  • Xarici partnyorlarla əməkdaşlıq üzrə proqramların işlənib hazırlanması və xarici göz klinikalarının beynəlxalq şöbələri ilə informasiya mübadiləsinin dəstəyi;
  • Oftalmologiya sahəsi üzrə keçiriləcək qarşıdakı tədbirlər barədə ilkin məlumatların verilməsi (konqreslər, treninqlər, seminarlar);
  • Müxtəlif ölkələrin elmi göz institutları arasında mübadilə proqramlarının işlənib hazırlanması;
  • Bütün daxil olan korrespondensiyanın işlənməsi;
  • İnstitutun rəsmi saytının informasiya dəstəyi.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi