Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


Azərbayçanda ilk VETLAB!

Yeni müasir oftalmoloji çərrahi məşq zalının -VETLAB açılışı!

2006-cı ilin aprelində praktik həkimlərin təhsili üjün Akademik Z.Ə.Əliyeva adına Azərbayçan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda yeni müasir oftalmoloji çərrahi məşq zalı -VETLAB açılmışdır. Bu zalda aşağıdakı mövzularda kurslar aparılır:

1. İOL implantasiyası ilə kataraktanın mikroçərrahiyyəsi.
2. Kataraktanın ultrasəslə fakoemulsifikasiyası.
3. Qlaukomanın mikroçərrahiyyəsi.

VETLABın təşkil olunmasını akademik Z.Ə.Əliyeva adına Azərbayçan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru tibb elmləri doktoru E.M.Qasımov ALCON firması ilə müştərək qərara almışlar.
Məşğələlər zamanı həkim-kursantlar pedalla idarə olunan «İNAMİ» firmasının istehsalı olan müasir çərrahi mikroskopdan istifadə etməklə təzə izolə olunmuş heyvan gözlərində çərrahi əməliyyat aparırlar.
Fakoemulsifikasiya əməliyyatını ALCON firmasının müasir LEGASY 20000 aparatında aparırlar. Kataraktanın fakoemulsifikasiyası zamanı klinik situasiya tam əldə olunur. Əməliyyatlar gözlər işıqlandırıçı ilə təçhiz olunumuş kəllə mulyacında aparılır.
Çərrahlara əməliyyat aparılması üjün kursantlara lazım olan bütün alətlər verilir. Kataraktanın klinik fakoemulsifkasiyası zamanı olduğu kimi, çərrah iki ayağı (bir ayaq daim mikroskopun, digər ayaq isə fakoemulsifikatorun pedalında) və iki əli (bir əldə fakoemulsifikatorun uçluğu, digər əldə alət - fakojopper) ilə yalnız ayqla idarə olunan mikroskopun köməyi ilə tam imitasiyanı əldə edir. Tam imitasiya həm də əməliyyat aparılan gözün mulyacda (sağda və ya solda) yerləşdirilməsi ilə alınır. Həkim-kursantlar kapsuloreksis apararmağı öyrənir, 15-20 katarakta modeli heyvan gözündə müstəqil fakoemulsifikasiya əməliyyatı aparır. Həkimlər praktik olaraq viskoelastik tətbiqi ilə müasir elastik linzaların- Açrysof, Ortima və PMMA materialından olan linzaların implantasiyası texnikasına yiyələnirlər.
Qlaukomanın çərrahiyyəsi qruplarında həkimlər qlaukomanın müasir mikroçərrahiyyəsi modifikasiyalarını tam öyrənirlər.
VETLAB zalında kataraktanın ekstrakapsulyar ekstraksiyası, kataraktanın fakoemulsifikasiyası və qlaukomanın mikroçərrahiyyəsi əməliyyatlarının videotranslyasiyası təşkil olunur. Tsikllərdə institutun və Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının aparıçı mütəxəssisləri mühazirələr oxuyurlar. Bununla birlikdə, xariçi ölkələrdən dəvət olunmuş professorlar - Moskvadan professorlar A.E.Eqorov, D.V. Kats, İtaliyadan Franjesko Koronas kataraktanın fakoemulsifikasiyası və qlaukomanın mikroçərrahiyyəsini praktik məşğələləri aparmışlar.
Tibb elmləri doktoru N.Ə.Bağırov təşkil olunan kursların rəhbəridir.
Kursun müddəti 1 həftədir (36 saat). Kursu bitirənlərə ixtisas artırma haqqında şəhadətnamə və müasir sertifikat verilir.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi