QLAUKOMA ŞÖBƏSİ
Şöbənin rəhbəri – institutun direktoru, tibb elmləri doktoru Qasımov Elmar Mustafa oğlu.
Şöbənin əməkdaşları: elmi işçi , t.e.n. A.C.Əhmədova, aparıcı elmi işçi, t.e.n. F.Ə.Qədimova, t.e.n. S.K.Kərimzadə, baş laborant M.E.Əfəndiyeva; klinik həkimlər - D.C.Məmmədova, E.Ə.Məmmədov, S.N.Xanəliyeva, S.H.Cəlilova, G.Ş.Orucova, M.Ə.Hüseynova, F.Ə.Zeynalova, G.Ş.Məmmədli, L.İ.Qarayeva, F.A.Nurməmmədov, A.Ş.Paşayeva, L.F.Qəhrəmanova, K.N.Bəşirova, İ.A.Kərimova, L.N.İbrahimova, N.T.Səfərəliyeva, İ.M.Rzayeva
Şöbənin fəaliyyəti
- respublika əhalisi arasında qlaukomalı xəstələrin aktiv aşkar edilməsi və dispanserizasiyası
- respublikada qlaukomanın profilaktikası
- respublikada qlaukomalı xəstələrin müalicəsi
- qlaukoma üzrə seminarların və “qlaukoma məktəbinin” kecirilməsi
- respublikanın rayonlarında humanitar aksiyaların keçirilməsi, qlaukomalı xəstələrin aşkar edilməsi, profilaktik tədbirlərin görülməsi
- hər il 10 –a qədər məqalələrin, tezislərin və metodik vəsaitlərin nəşri
İnstituta müraciət edən qlaukomalı xəstə tam müayinədən keçir, xəstədə
vizometriya, perimetriya, tonometriya, tonoqrafiya, qonioskopiya, oftalmoskopiya, paximetriya, biomikroskopiya aparılır.
Şöbədə keçirilən cərrahi əməliyyatlar
- sinustrabekuloektomiya
- dərin dəlib keçən sklerektomiya
- dərin dəlib keçməyən sklerektomiya
- transskleral diod-lazer siklokoaqulyasiya
- sinustrabekuloektomiya + kataraktanın ekstrakapsulyar ekstraksiyası + intraokulyar linzanın implantasiyası.
- fakoemulsifikasiya + sinustrabekulektomiya + intraokulyar linzanın implantasiyası
- Əhmed-klapanın implantasiyası
- Molteno drenajın implantasiyası
|