ELMİ-MƏLUMAT VƏ TƏŞKİLATİ-METODİK MƏRKƏZ
Akademik Z.Əliyeva Azərbaycan ETGX İnstitutunda 1968-ci ildə yeni elmi bölmə, institutun elmi-praktiki məsələləri və planları müvəffəqiyyətlə həll etmək üçün, elmi-tibbi informasiya şöbəsi təşkil olunmuşdur. İlk günlərdən 1978-ci ilə qədər şöbəyə T.İ.Xəlilov rəhbərlik edirdi, sonrakı dövrlərdə bu şöbəyə t.e.n.E.İ.Rüstəmova (1978-1984), t.e.n.M.C.Məmmədov (1984-1988), V.A.Valitski (1988-1999), t.e.n. V.Z.Zeynalov (2000-2001), t.e.n.F.H.Şamilova (2001-2005) rəhbərlik etmişlər.
2006-cı ildən institutun rəhbərliyi elmi-məlumat şöbəsini təşkilati-metodik şöbə ilə birləşdirib «elmi-məlumat və təşkilati-metodik mərkəz» adında vahid bir struktur yaratmışdır. Hal-hazırda şöbəyə t.e.n. S.N.Seyidova başçılıq edir.
Şöbənin fəaliyyətinin əsas məqsədləri elmi-tədqiqat işlərinin planlaşdırılması zamanı lazımi informasiyanın toplanması və təhlili, planlaşdırılan elmi işlər üzrə patent axtarışı və müxtəlif mənbələrdən alınmış informasiyanın patent təhlili, institutun elmi məqalələrinin və toplularının nəşrə hazırlanması (redaktə və tərcümə işləri), xarici mənbələrindən alınan informasiyanın axtarışı və elmi işçilərə təqdimi, tematik, qeydiyyat və informasiya kartların vaxtında hazırlanması və mərkəzi informasiya orqanlarına təqdimi., metodik sənədlərin redaktəsi və nəşri, respublikanın rayonlarına institutun əməkdaşlarının ezam edilməsinin təşkili, institutun iş yerlərində respublikanın oftalmoloji şəbəkəsinin müəssisələrindən gələn həkimlərin ixtisaslaşdırılması və təcrübəsinin təkmilləşdirilməsinin təşkili.
Tibb elminin nailiyyətləri və yenilikləri haqqında mütəxəssislərə məlumat çatdırılması məqsədi ilə şöbədə internet şəbəkəsinə qoşulması üçün şərait yaradılıb.
Oftalmologiya ədəbiyyatının xəzinəsi olan institutun elmi tibbi kitabxanası da bu şöbəyə daxildir. Onun nəzdində 8736 kitab, jurnal, avtoreferat və dissertasiya işi vardır. Oftalmologiyada və tibb elminin yanaşı olan sahələrində nəşr olunan yeni ədəbiyyat haqda məlumat kitabxananın müdiri tərəfindən hər həftə institutun əməkdaşlarına təqdim edilir.
Hal-hazırda şöbədə patentoved G.Ğ.Nağızadə, redaktor B.H.Salayeva, tərcüməçi E.M.Əzizova, biblioqraf İ.A.Qafarova, kitabxana müdiri N.B.Rzayeva fəaliyyət göstərir.

|