 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
KONSULTATİV-POLIKLİNİK ŞÖBƏ
Rəhbər - tibb elmləri namizədi, baş elmi işçi Məmmədbəyli Aygün İslam qızı, 1961-ci il təvəllüdlü, bu vəzifədə 2006-cı ildən fəaliyyət göstərir.
Konsultativ-poliklinik şöbə Azərbaycan Respublikasının bütün rayonlarından gələn xəstələrin müayinəsi və müalicəsini aparır.
Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:
- diaqnozun dəqiqləşdirilməsi və yaşayış yerində müalicənin aparılması üçün gözün patologiyası olan xəstələrə yüksəkixtisaslı konsultativ yardımın göstərilməsi
- poliklinikanın ixtisaslaşdırılmış kabinetlərində xəstələrin ambulator müalicəsinin təşkili
- gözün ağır patologiyası olan xəstələrin institutun stasionarına qospitalizasiyası
- cərrahi əməliyyatdan əvvəl və sonra xəstələrə dinamik nəzarət göstərilməsi
- müalicənin uzaqlaşdırılmış nəticələrinin müəyyənləşdirilməsi və cərrahi əməliyyatdan keçmiş xəstələrin reabilitasiyası
Şöbə müasir diaqnostik avadanlıqla təchiz edilib və hərtərəfli oftalmoloji müayinələrin aparılması üçün müvafiq şəraitə malikdir.
Şöbədə aşağıdakı müayinələr aparılır:
- kompyuter perimetriya
- kompyuter tomoqrafiya
- USM
- optik koherent tomoqrafiya
- refraktometriya
- tonometriya və tonoqrafiya
- müxtəlif proqramlar üzrə elektro-fizioloji müayinələr
- göz dibinin flyuoressent angioqrafiyası
- mikrobioloji, klinik və biokimyəvi laboratoriyalarda aparılan müayinələr
Şöbədə aşağıdakı ixtisaslaşdırılmış kabinetlər fəaliyyət göstərir:
- gözün infeksion xəstəlikləri kabineti
- gözün zədəsi kabineti
- oftalmoonkologiya və okuloplastika kabineti
- qlaukoma kabineti
- büllurun patologiyası kabineti
- tor qişa və görmə sinirinin patologiyası kabineti
- şəkərli diabetin göz fəsadları üzrə kabinet
- uşaq kabineti
- pleoptik-ortoptik müalicə kabineti
- lazer kabineti
Oftalmoloji xəstələrin qəbulu yüksəkixtisaslı, ali kateqoriyalı həkimlər, tibb elmləri namizədi dərəcəsinə malik olan mütəxəssislər tərəfindən aparılır, ehtiyac təqdirdə konsultativ yardım üçün aparıcı elmi işçilər, professorlar cəlb edilir.
Şöbədə nevropatoloq, otorinolarinqoloq, stomatoloq, terapevtlər xəstələrə lazımi konsultativ və müalicəvi yardım göstərməyə hazırdırlar.
Konsultativ yardımdan əlavə şöbədə müəyyən xəstələrin ambulator şəkildə konservativ müalicəsi aparılır, ehtiyac təqdirdə xəstələrin institutun stasionarına qospitalizasiyası haqda rəy çıxarılır. Sonralar, stasionardan yazılaraq, pasiyentlər konsultativ-poliklinik şöbədə nəzarət altında qalır və lazımi yardım alır. Beləliklə, xəstəliyin və reabilitasiyanın bütün mərhələlərində hər bir pasiyentə göstərilən oftalmoloji yardımın arası kəsilmir.
Konsultativ-poliklinik şöbədə klinik ordinatorlar hazırlıq keçir, respublikanın müxtəlif regionlarından gələn həkimlər ixtisasını artırır.
Poliklinikanın bölmələrindən biri də uşaq konsultativ bölmədir ki, buraya uşaq kabineti və pleoptik-ortoptik müalicə kabinetləri aiddir.
|
|