Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


FİZİOTERAPEVTİK ŞÖBƏ

1964-cü ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitunda fizioterapiya kabineti açıldı və burada ancaq kvars, UYC aparatı və adi elektroforez istifadə olunurdu. Fizioterapevtik kabinetin əsasında 1967-ci ildə t.e.n.Ş.S.Əlimərdanovanın təşəbbüsü ilə institutda fizioterapevtik şöbə yaradıldı. Bu şöbənin müdiri vəzifəsini tutaraq Ş.S.Əlimərdanova yeni fizioterapevtik müalicə üsullarını və aparatları tətbiq edib, institutda aparılan elmi tədqiqatlarda və təcrübi işdə böyük bir dönüş yaratdı. Ş.S.Əlimərdanova Azərbaycanda ilk dəfə olaraq, göz xəstəliklərinin ultrasəs diaqnostika və müalicə metodlarını (endonazal və vanna ilə elektroforez) təcrübədən keçirib, fizioterapiyada işlənən yeni dərmanların sayını artırmışdır. 1970-ci ildə şöbədə oksigen çadırcığı, 1972-ci ildə maqnitoterapiya, 1975-ci ildə ultrasəslə fonoforez və mikrodalğalarla müalicə tətbiq olunub. Ş.S.Əlimərdanovanın səyləri nəticəsində 1974-cü ildə Azərbaycanda ilk dəfə olaraq, görmə orqanının exoqrafiya və biometriyası üsulu tətbiq edilib.
Hal-hazırda şöbəyə t.e.n. Z.Ə.Fərzəliyeva rəhbərlik göstərir və Ş.S.Əlimərdanovanın işini layiqincə davam etdirir. Şöbədə görmə qabiliyyətini artıran maqnitostimulyasiya və makulostimulyasiya üsulları, göz əzələlərini möhkəmləndirən və çəpgözlüyün qarşısını alan prizmatik şüşələrlə müalicə tətbiq olunur, gözün iltihabi xəstəliklərində «Serdolik» portativ maqnitoterapiya aparatı istifadə olunur.
Z.Ə.Fərzəliyevanın 2004-cü ildə «Makulodistrofiyaların patogenezinin bəzi tərəflərinin öyrənilməsi və akupunkturanın bu xəstəliklərin müalicəsində effektivliyi» mövzusunda müdafiə olunmuş namizədlik dissertasiyasının bəhrəsi olan Riodaraku metodu ilə şöbədə göz xəstəliklərinin diaqnostikası metodikası təcrübədən keçirilir və akupunktur müalicə üsulu tətbiq olunur. Bununla əlaqədar olaraq, hal-hazırda Riodaraku üsulu ilə daha bir çətin müalicə olunan göz xəstəliyi – tapetoretinal distrofiyanın patogenezi öyrənilmiş və müalicə yolları işlənilmişdir. Bundan əlavə, gözün infeksiya xəstəlikləri və buynuz qişanın cərrahiyyəsi mərkəzi birgə gözün ön şöbəsinin iltihabi xəstəliklərinin Çijevski çırağı ilə aeroion terapiyasının effektivliyi öyrənilib.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi