 |
|
Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. |
 |
|
Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır. |
|
|
|
|
|
LABORATORİYA ŞÖBƏSİ
Şöbə rəhbəri – b.e.n. Azər Abbaslı
Şöbəyə 3 laboratoriya daxildir: mikrobiologiya və patomorfologiya laboratoriyaları (rəhbər – t.e.n. Solmaz Məhəmmədova) və klinik kimya laboratoriyası (rəhbər – Yaqut Qəndilova).
Şöbənin avadanlığı:
Mikrobiologiya və patomorfologiya laboratoriyaları üzrə
- Axiostar plus mikroskopu (Zeiss)
- Axioskop A. 1+FL mikroskopu
- Axioskop A. 1+PH mikroskopu
Klinik kimya laboratoriyası üzrə
- Dimention Xpond plus biokimyəvi analizatoru (Siemens)
Cihazda biokimyəvi sınaqların tam spektrinin avtomatik rejimdə aparılması mümkündür. Müayinələrin vaxtaşırı standartizasiyası yanlış nəticələrin alınmasını istisna edir.
- Avidia immunoflyuoressent analizatoru (Siemens)
Cihazda hormonların, bəzi metabolitlərin, bəzi patoloji agentlərə, dərman preparatlarına qarşı anticisimlərin konsentrasiyasının təyin edilməsi üçün immunofyuoressent təhlilin aparılması mümkündür. Aparat tam avtomatlaşdırılıb, “insan amilin” təsiri təxmini tam istisna edilir.
- HemaScreen (Hospitex) hematoloji analizator
Cihazda qanın hüceyrə elementlərinin sayı, hemoqlobinin konsentrasiyası, hematokrit təyin edilir. Pasiyentin ağ qanının vəziyyətinin də təxmini qiymətləndirilməsi mümkündür.
- Qanda qazların analizatoru (Siemens)
Cihazda qanın turşu-qələvi tarazlığının vəziyyəti, рО2, рСО2, рН və onların törəmələri kimi parametrlər, Na+, K+, Ca++, Li++ və Cl- kimi elektrolitlərin konsentrasiyası təyin edilir.
- Axiostar plus mikroskopu (Zeiss)
Aparılmış müayinələrin əsasında məlumatın mükəmməl bazası toplanmışdır. Yeni müayinələrin nəticələri həmin bazaya daxil edilir və arxivləşdirilir.
Laboratoriyada klinik, bakterioloji, hormonal, immunoloji, kardioloji, toksikoloji, onkoloji (onkomarkerlərin təyini) müayinələrin bütün növləri, polimeraz zəncirvari reaksiya, ekspress analizlər aparılır, koaquloqramma təyin edilir, infeksiyalar aşkar edilir.
|
|