Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


GÖZ XƏSTƏLİKLƏRİNİN FUNKSİONAL VƏ LABORATOR DİAQNOSTİKASI MƏRKƏZİ
T.e.d. Hacıyeva Səidə Arif qızı, 1955-ci ildə anadan olub, 2006-cı ildə göz xəstəliklərinin funksional və laborator diaqnostikası mərkəzin rəhbəri vəzifəsinə təyin olunub.
1988-ci ildən bu günə kimi akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri işləyir.
1993-cü ildə Moskva şəhərində akad. S.N.Fyrdorov adına «Gözün mikrocərrahiyyəsi» SETK-də «Kataraktanın müxtəlif mərəhələlərində ultrasəs müayinə metodları ilə hemodinamikanın öyrənilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Hazırda «Müxtəlif modifikasiyalı intraokulyar linzaların implantasiyasıyla yetişməmiş qocalıq və fəsadlı kataraktaların fakoemulsifikasiyası zamanı ultrasəs müayinə metodları» mövzusunda doktorluq dissertasiya işi tamamlanmış və intsitutun Aprobasiya Şurasında müzakirə olunaraq açıq müdafiəyə tövsiyə olunmuşdur.
S.A.Hacıyevanın elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir çox ölkələrində çap olunmuşdur (73 elmi əsər, 8 səmərələşdirici təklif, 1 ixtira). O, Rusiya təbabətdə ultrasəs diaqnostikası üzrə mütəxəssislərin Assosiasiyasının, akad. Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutun Elmi Şurasının və Aprobasiya Şurasının üzvüdür.
Ultrasəs müayinə metodları göz xəstəliklərinin differensial diaqnostikası məqsədlə institutda geniş tətbiq olunur. Mərkəzdə A-skaneretmə və B-skaneretmə üsullarının tətbiqi ilə ağır oftalmoloji patologiya növlərinin sırasına daxil olan göz yuvasının və göz almasının yenitörəmələrinin, şüşəvari cismə qansızmaların, gözün arxa kəsiyinin qişalarının birincili və ikincili qopmalarının, göz almasının kontuziyaları və dəlib keçən yaralanmaları zamanı hemoftalmın, endoftalmitlərin və gözün digər xəstəliklərinin diaqnostikası aparılır, göz almasının ağır dəlib keçən travmaları zamanı gözdaxili yad cisimlərin, tor qişanın və damarlı qişanın qopmasının mövcudluğu təyin olunur, klinik və cərrahi müalicəsi taktikasının düzgün seçimi təyin edilir. Mərkəzdə cərrahiyyənin yeni nailiyyətlərindən biri olan fakoemulsifikasiya əməliyyatının nəticələrinin keyfəyyətini yüksəldən yumşaq intraokulyar linzaların şüasındırma əmsalını təyin edən lokalizasyon exoqrafiya üsulu da geniş tətbiq olunur.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi