Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.












Həkim insanlardan özünü ayırmamalı özünü sevən, laqeyd insan olmamalıdır.












Azərbaycan Respublikası
NAZİRLƏR KABİNETİ
QƏRAR № 115

Bakı şəhəri, 4 avqust 2009-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılsın.









İl - 2000:
Əməliyyatlar – 2281
Qlaukoma – 338
Katarakta – 1184

İl - 2001:
Əməliyyatlar – 2253
Qlaukoma – 369
Katarakta – 1212

İl - 2002:
Əməliyyatlar – 2227
Qlaukoma – 392
Katarakta – 976

İl - 2003:
Əməliyyatlar – 2357
Qlaukoma – 448
Katarakta – 1301

İl - 2004:
Əməliyyatlar – 2646
Qlaukoma – 388
Katarakta – 1500

İl - 2005:
Əməliyyatlar – 2703
Qlaukoma – 322
Katarakta – 1627








İstifadəçi adı
Şifrə


«Səyyar Klinika»

Heydər Əliyev Fondu və institut arasında sıx əlaqələr yaradılıb. İnstitutun əməkdaşları Fondun humanitar fəaliyyətini dəstəkləyərək bu işdə ona öz köməkliyindən əsirgəmirlər, belə ki, ayrı-ayrı xeyriyyə aksiyalar zamanı və gündəlik işində institutun işçiləri tərəfindən yüzlərlə yoxsul, az təminatlı xəstələrə, əlillərə, Böyük Vətən müharibəsi, Əfqan və Qarabağ müharibələri veteranları və əlillərinə, qaçqınlara və məcburi köçkünlərə təmənnasız ambulator və stasionar yardım göstərilir. Səhiyyə Nazirliyinin köməkliyi ilə bu fəaliyyət çərçivəsində respublika rayonlarının əhalisinə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün institut oftalmoloji səyyar klinika şəklində təşkil edilmiş və müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş avtobus icarəyə götürüb. Həmin «təkərli klinikada» oftalmoloji xəstənin müayinəsi və lazım gəldikdə cərrahi əməliyyatının aparılması üçün hər bir şərait yaradılıb: yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya üsulu ilə kataraktanın ekstraksiyasının aparılması üçün xüsusi aparat. Səyyar klinika muxtar həyat təminatlı (elektrik, istilik, kondisioner və s.) sistemlərlə təchiz olunub və hər bir şəraitdə işləyə bilər. Həmin klinika ölkəmizin müxtəlif rayonlarına gedərək, artıq müntəzəm şəkildə fəaliyyət göstərir, yüksəkixtisaslı, müasir texnologiyalı oftalmoloji yardımı ən ucqar kəndlərdə yaşayan xəstələrə yaxınlaşdırır və bu cür xidməti belə xəyalında da görməyən insanlar üçün mümkün edir. Bununla da Zərifə xanım Əliyevanın arzularından biri həyata keçir. Qeyd etmək lazımdır ki, bu günədək səyyar klinikada 3000-dən artıq xəstə müayinə olunmuş və 600-dən artıq xəstədə cərrahi əməliyyat aparılmışdır.

   Designed by VebTek 2010 © Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi